Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dövlət İmtahan Mərkəzi (DİM) 2 martda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
Bəzi abituriyentlər sualların çətin olduğunu iddia edib. Maraqlıdır, əgər bu iddiaların doğruluq payı varsa, blok imtahanı asan ola bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib ki, bu il suallar çətin olmayıb.
Onun sözlərinə görə, buraxılış imtahanında keçən ilə baxanda bir az çətinlik olduğunu desək də, əvvəlki illərlə müqayisədə asan idi.
Ekspert qeyd edib ki, çətinliyin əsas səbəbi isə bəzi sualların vaxt aparması olub: “DİM mətnlər və dinləmələr kimi vaxt tələb edən sualları çox salıb.
Çətinliyin əsas səbəbi xüsusilə, Azərbaycan dili fənnindən daha çox vaxt aparan sualların olması ilə bağlıdır.
Bu hal istər-istəməz imtahanın ümumi vaxtına təsir edir. Beləliklə, imtahan iştirakçıları sualları tez cavablandırmağa məcbur olurlar.