Icma.az
close
up
RU
Bu il blok imtahanları asan olacaq? Ekspertdən AÇIQLAMA

Bu il blok imtahanları asan olacaq? Ekspertdən AÇIQLAMA

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dövlət İmtahan Mərkəzi (DİM) 2 martda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. Bəzi abituriyentlər sualların çətin olduğunu iddia edib. 

Maraqlıdır, əgər bu iddiaların doğruluq payı varsa, blok imtahanı asan ola bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib ki, bu il suallar çətin olmayıb.

Onun sözlərinə görə, buraxılış imtahanında keçən ilə baxanda bir az çətinlik olduğunu desək də, əvvəlki illərlə müqayisədə asan idi.

Ekspert qeyd edib ki, çətinliyin əsas səbəbi isə bəzi sualların vaxt aparması olub:

“DİM mətnlər və dinləmələr kimi vaxt tələb edən sualları çox salıb. Çətinliyin əsas səbəbi xüsusilə, Azərbaycan dili fənnindən daha çox vaxt aparan sualların olması ilə bağlıdır. Bu hal istər-istəməz imtahanın ümumi vaxtına təsir edir. Beləliklə, imtahan iştirakçıları sualları tez cavablandırmağa məcbur olurlar. Bəziləri vaxt bölgüsünü düzgün edə bilmir, bəziləri isə tələsdiyi üçün səhv cavablar işarələyir”. 

R.Nurəliyevin sözlərinə görə, bu il maksimal bal toplayanların keçən ilə nisbətdə azalacağı gözlənilir:

“Keçən il maksimal bal toplayanların sayı 53 nəfər idi. Belə ki, 3 martda 14 nəfər, 10 martda isə 39 nəfər maksimal balı toplamışdı. Burada da imtahanın çətinlik səviyyəsinin fərqini görə bilirik. Bu il 2 martda keçirilən buraxılış imtahanında maksimal bal toplayanların sayı az olacaq. Buna səbəb bəzi sualların düşündürücü olmasıdır".

Mütəxəssis sonda vurğulayıb ki, blok imtahanı daha asan ola bilər:

“Bu il plan yerlərinin sayını artırılaraq 75 minə çatacağı bildirilir. Keçən il bu rəqəm 59 min idi. Əgər plan yeri artırsa, imtahan da asan olmalıdır. Buraxılış imtahanındakı vəziyyət gərgin olsa, DİM məcbur olub blok imtahanında sualları asan salacaq. Vəziyyətin normal olacağı təqdirdə, blok imtahanı keçənilki kimi olacaq. Buraxılış imtahanlarının nəticəsindən sonda daha dəqiq proqnoz vermək mümkün olacaq”.

Firuzə Əliyeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://sfera.az
archiveBu xəbər 03 Mart 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see326

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see325

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see323

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see264

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see257

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see256

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see253

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see250

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see249

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see236

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see208

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see207

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri