Bu il məktəbli yarmarkaları təşkil ediləcək? Rəsmi AÇIQLAMA

19.08.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tədris ili yaxınlaşdığı üçün artıq  valideynlər məktəb ləvazimatları, geyimləri və qiymətləri ilə maraqlanmağa başlayıblar.
Əlbəttə, onların əsas diqqət etdikləri məsələlərdən biri də məktəb ləvazimatlarının daha münasib qiymətə alınmasıdır.
Xatırladaq ki, öncəki illərdə şəhərin müxtəlif yerlərində məktəbli yarmarkaları təşkil olunurdu. Bu yarmarkalar valideynlər üçün həm daha çox məhsul seçimi, həm də qiymətləri müqayisə etmək imkanı yaradırdı. Ancaq təxmini 3 ildir ki, belə yarmarkaların təşkil edilməsi dayandırılıb.
Bəs bu il necə? Məktəbli yarmarkalarının təşkili nəzərdə tutulur?
Bizim.Media mövzuyla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinə sorğu ünvanlayıb.
 

MÖVZU İLƏ BAĞLI:
Valideynlərin DİQQƏTİNƏ: Ucuz məktəbli formaları ilə bağlı ÇAĞIRIŞ - VİDEO


Qurumdan bildirilib ki, bu il məktəbli yarmarkalarının təşkil edilməsi nəzərdə tutulmayıb.
Nəzrin Mirzəyeva, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью