Bu il məktəbli yarmarkaları təşkil ediləcək? Rəsmi AÇIQLAMA
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tədris ili yaxınlaşdığı üçün artıq valideynlər məktəb ləvazimatları, geyimləri və qiymətləri ilə maraqlanmağa başlayıblar.
Əlbəttə, onların əsas diqqət etdikləri məsələlərdən biri də məktəb ləvazimatlarının daha münasib qiymətə alınmasıdır.
Xatırladaq ki, öncəki illərdə şəhərin müxtəlif yerlərində məktəbli yarmarkaları təşkil olunurdu. Bu yarmarkalar valideynlər üçün həm daha çox məhsul seçimi, həm də qiymətləri müqayisə etmək imkanı yaradırdı. Ancaq təxmini 3 ildir ki, belə yarmarkaların təşkil edilməsi dayandırılıb.
Bəs bu il necə? Məktəbli yarmarkalarının təşkili nəzərdə tutulur?
Bizim.Media mövzuyla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinə sorğu ünvanlayıb.
MÖVZU İLƏ BAĞLI:
Valideynlərin DİQQƏTİNƏ: Ucuz məktəbli formaları ilə bağlı ÇAĞIRIŞ - VİDEO
Qurumdan bildirilib ki, bu il məktəbli yarmarkalarının təşkil edilməsi nəzərdə tutulmayıb.
Nəzrin Mirzəyeva, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 19 Avqust 2026 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















