Icma.az, Manset saytına istinadən bildirir. 2024-cü ilin bitməsinə sayılı günlər qalıb.
İl ərzində sənət aləmində bir çox məşhur dünyasını dəyişib. Manset.az Axşam.az-a istinadən 2024-cü ildə itirdiyimiz məşhurların siyahısını t
İlin ən gözlənilməz ölüm xəbəri Əməkdar artist Aygün Bəylərin olub.
Müğənni bu ilin yanvarında Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib. A.Bəylər uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.
Əməkdar artist Gülbahar Şükürlü 2024-cü ilin yanvarında vəfat edib. 62 yaşlı qarmon ifaçısı uzun müddət xərçəngdən əziyyət çəkib.
Əməkdar artist Cavanşir Məmmədov bu ilin aprelində dünyasını dəyişib. Müğənninin ölümünə səbəb ürəktutması olub.
Əməkdar artisti Kifayət Gəncəli bu ilin sentyabrında vəfat edib. Onun ölümünə səbəb ürək çatışmazlığı olub.
Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktyoru Rafiq İbrahimov vəfat edib. O, uzun müddət xərçəngdən əziyyət çəkib.