Icma.az
close
up
RU
Bu il onları itirdik SİYAHI

Bu il onları itirdik SİYAHI

Icma.az, Manset saytına istinadən bildirir.

2024-cü ilin bitməsinə sayılı günlər qalıb. İl ərzində sənət aləmində bir çox məşhur dünyasını dəyişib. 

Manset.az Axşam.az-a istinadən 2024-cü ildə itirdiyimiz məşhurların siyahısını təqdim edir. 

İlin ən gözlənilməz ölüm xəbəri Əməkdar artist Aygün Bəylərin olub. Müğənni bu ilin yanvarında Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib. A.Bəylər uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. 

Əməkdar artist Gülbahar Şükürlü 2024-cü ilin yanvarında vəfat edib. 62 yaşlı qarmon ifaçısı uzun müddət xərçəngdən əziyyət çəkib. 

Əməkdar artist Cavanşir Məmmədov bu ilin aprelində dünyasını dəyişib. Müğənninin ölümünə səbəb ürəktutması olub.

Əməkdar artisti Kifayət Gəncəli bu ilin sentyabrında vəfat edib. Onun ölümünə səbəb ürək çatışmazlığı olub.

Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktyoru Rafiq İbrahimov vəfat edib. O, uzun müddət xərçəngdən əziyyət çəkib.

Bir neçə gün əvvəl uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən meyxanaçı Xəyyam Əhmədli vəfat edib. Sənətçi əməliyyat olunmağa hazırlaşırdı. Amma səhhəti qəfil pisləşib və dünyasını dəyişib.

Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova bu ilin aprelində vəfat edib. O, 87 yaşında dünyasını dəyişib.

Azərbaycanlı musiqiçi Antiq Seyidov 2024-cü ildə vəfat edib. Nağara ifaçısı bu ilin sentyabrında dünyasını dəyişib.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktrisası Elmira Hüseynova bu ilin avqustunda vəfat edib. Bildirilib ki, mərhum uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Yuri Omelçenko bu il vəfat edib. 48 yaşında dünyasını dəyişən aktyorun ölüm səbəbi açıqlanmayıb.

Xalq artisti, opera müğənnisi Şahlar Quliyev 78 yaşında vəfat edib. 

Əməkdar artist  Zemfira Nəcəfova vəfat edib. Aktrisa 74 yaşında dünyasını dəyişib.

Tanınmış meyxanaçı Elnur Valeh bu ilin iyulunda vəfat edib. Meyxanaçı uzun müddət şəkərli diabet, xroniki böyrək çatışmazlığından əziyyət çəkib. O, toy məclisindən çıxarkən halı pisləşib və komaya düşüb. 

 Mingəçevir şəhərində yaşayan tanınmış xanəndə Ramiz Bəşirov vəfat edib. Bu ilin noybarında dünyasını dəyişən muğam ifaçının uzun müddət səhhətində problem olub.

Əməkdar artist Sahibə Əhmədova da 2024-cü ildə dünyasını dəyişənlərdən olub. Aktrisa uzun müddət xərçəngdən əziyyət çəkib.

Aktrisa Naibə Əlibəyova bu ilin martında vəfat edib. O, uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib.

Xalq artisti Tofiq Mövləvi bu ilin mayında vəfat edib. Aktyor 85 yaşında dünyasını dəyişib.

Aparıcı Murad Muradov bu ilin mayında vəfat edib. O, uzun müddət xəstəxanada müalicə alıb.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Rahib Əliyev bu ilin martında vəfat edib.

Cazmen, pianoçu, bəstəkar və aranjimançı Rövşən Rzayev bu ilin mayında vəfat edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 05 Dekabr 2024 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see260

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see238

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see234

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see230

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see228

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see227

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see220

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see218

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see215

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see203

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see200

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see199

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see199

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see199

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see195

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see193

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see191

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see187

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see182

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri