Bu il qış sərt keçdi: Məhsul bol olacaq? AÇIQLAMA | Icma.az
Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qışda havaların kəskin şəkildə soyuması təsərrüfat məsələləri ilə bağlı yaranacaq problemləri gündəmə gətirir.
Meyvə-tərəvəzə, taxıl və dənli bitkilərə dəyəcək ziyan təkcə mal sahibi üçün deyil istehlakçılar üçün də ciddi problem yaradır.
Məhsul az olduqda qiymətlər bahalaşır və nəticədə vətəndaşın büdcəsinə zərər dəyir.
Son günlər havanın kəskin pisləşməsi bu il təsərrüfata necə təsir edəcək?Məsələ ilə bağlı ekoloq Sadiq Həsənov Demokrat.az-a danışıb.
Azərbaycanda hazırda müşahidə olunan hava şəraiti əsasən soyuq arktik hava kütlələrinin təsiri ilə bağlıdır.
Bu hava kütlələri şimal və şimal şərq istiqamətlərindən, Skandinaviya, Qrenlandiya və Rusiya üzərindən ölkə ərazisinə daxil olur:"Digər bir istiqamət isə Şərqi Avropa və Qazaxıstan üzərindən Xəzər dənizi vasitəsilə Azərbaycana daxil olan hava axınlarıdır.
Məhz bu proseslər havanın kəskin soyumasına səbəb olub:Hazırda Moskva şəhərində havanın temperaturu - 21 dərəcəyə enib.
Tam oxu
Xəbəri oxu