Icma.az
close
up
RU
Bu il qış sərt keçdi: Məhsul bol olacaq? AÇIQLAMA

Bu il qış sərt keçdi: Məhsul bol olacaq? AÇIQLAMA

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qışda havaların kəskin şəkildə soyuması təsərrüfat məsələləri ilə bağlı yaranacaq problemləri gündəmə gətirir. Meyvə-tərəvəzə, taxıl və dənli bitkilərə dəyəcək ziyan təkcə mal sahibi üçün deyil istehlakçılar üçün də ciddi problem yaradır. Məhsul az olduqda qiymətlər bahalaşır və nəticədə vətəndaşın büdcəsinə zərər dəyir. 
Son günlər havanın kəskin pisləşməsi bu il təsərrüfata necə təsir edəcək?
Məsələ ilə bağlı ekoloq Sadiq Həsənov Demokrat.az-a danışıb. 
Azərbaycanda hazırda müşahidə olunan hava şəraiti əsasən soyuq arktik hava kütlələrinin təsiri ilə bağlıdır. Bu hava kütlələri şimal və şimal şərq istiqamətlərindən, Skandinaviya, Qrenlandiya və Rusiya üzərindən ölkə ərazisinə daxil olur:
"Digər bir istiqamət isə Şərqi Avropa və Qazaxıstan üzərindən Xəzər dənizi vasitəsilə Azərbaycana daxil olan hava axınlarıdır. Məhz bu proseslər havanın kəskin soyumasına səbəb olub:
Hazırda Moskva şəhərində havanın temperaturu - 21 dərəcəyə enib. Qazaxıstanın şimal bölgələrində isə temperatur mənfi 15–20 dərəcə arasında dəyişir. Bu soyuq hava kütlələrinin Xəzər üzərindən ölkəyə daxil olması Azərbaycanda temperaturun aşağı düşməsini şərtləndirib".
Ekoloqun fikrincə, soyuq hava kütlələri qış ayları üçün xarakterikdir.
O bildirib ki, hazırda vegetasiya dövrü olmadığından bitkilərin və ağacların inkişafı demək olar ki, dayanıb:
"Bu proses adətən mart ayının əvvəllərindən etibarən yenidən başlayır. Ona görə də indiki dövrdə havaların soyuması bitkilər və ağaclar üçün mənfi təsir yaratmır".
"Buğda və digər dənli bitkilər əsasən payız aylarında əkilir. Payızda başlayan vegetasiya dövrü oktyabr ayının sonu, noyabr ayının ortalarınadək davam edir və daha sonra dayanır. Hazırda bitkilər inkişaf mərhələsində olmadığı üçün qar yağması xüsusilə faydalıdır. Qar örtüyü torpaqda rütubəti artırır, bitkilərin köklərinin su və qida maddələri ilə təmin olunmasına şərait yaradır. Eyni zamanda bitkiləri zərərvericilərdən və bəzi bakteriyalardan qoruyur"- o qeyd edib. 
Ekspertin sözlərinə görə, bu baxımdan havaların soyuq keçməsi bitkilər və ağaclar üçün mənfi deyil, əksinə müsbət təsir göstərir:
"Əgər belə hava şəraiti mart və ya aprel aylarında müşahidə olunsaydı, bu zaman kənd təsərrüfatına ciddi zərər dəyə bilərdi. İndiki şəraitdə isə havaların soyuması normal hesab olunur və bitkilərin gələcək inkişafı üçün əlverişli zəmin yaradır".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Yanvar 2026 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see415

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see278

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see277

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see275

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see261

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see257

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see243

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see237

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see234

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see212

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see202

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see197

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see196

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see192

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see191

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see191

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see183

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see168

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see168

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri