Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Qarabağ”ın müdafiəçisi Marko Veşoviç Misli Premyer Liqasının 18-ci turunda “Araz-Naxçıvan”ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik: - İli 3 xalla başa vurdunuz.
“Araz-Naxçıvan” üzərində qazanılan 2:0 hesablı qələbəni necə şərh edərdiniz? - Çox maraqlı oyun keçdi. Gərgin qarşılaşma idi.
Bu matçı bir növ kiçik derbi də saymaq mümkündür. Qalib gəlmək istəyirdik. “Araz-Naxçıvan” da çox yaxşı oynadı.
Buna baxmayaraq, istəyimizə çatdıq, meydanı 3 xalla tərk etdik. İli qələbə ilə başa vurduğumuz üçün çox şadıq.
“Araz-Naxçıvan”la aradakı xal fərqini bir qədər də artırdıq. İndi yaxşıca dincəlmək olar.
- Birinci hissədə rəqib futbolçu Urfan Abbasovla xeyli müddət mübahisə etdiniz. Nə baş vermişdi, nəyi bölüşdürə bilmirdiniz?