Icma.az
close
up
RU
Bu ili bir ömür xatırlayacağıq Marko Veşoviç

Bu ili bir ömür xatırlayacağıq Marko Veşoviç

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qarabağ”ın müdafiəçisi Marko Veşoviç Misli Premyer Liqasının 18-ci turunda “Araz-Naxçıvan”ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- İli 3 xalla başa vurdunuz. “Araz-Naxçıvan” üzərində qazanılan 2:0 hesablı qələbəni necə şərh edərdiniz?

- Çox maraqlı oyun keçdi. Gərgin qarşılaşma idi. Bu matçı bir növ kiçik derbi də saymaq mümkündür. Qalib gəlmək istəyirdik. “Araz-Naxçıvan” da çox yaxşı oynadı. Buna baxmayaraq, istəyimizə çatdıq, meydanı 3 xalla tərk etdik. İli qələbə ilə başa vurduğumuz üçün çox şadıq. “Araz-Naxçıvan”la aradakı xal fərqini bir qədər də artırdıq. İndi yaxşıca dincəlmək olar.

- Birinci hissədə rəqib futbolçu Urfan Abbasovla xeyli müddət mübahisə etdiniz. Nə baş vermişdi, nəyi bölüşdürə bilmirdiniz?

- Dediyim kimi, bu matç kiçik derbi idi. Matçın gedişində belə gərgin anlar olur. Amma nə baş veribsə, meydanda qaldı. Oyundan sonra hər şeyi unutduq.

- Lakin duran topu arxadan Urfana vurmağınız narazılıqla qarşılandı...

- Həmin epizodda top dayanmışdı, mən də Juninyoya ötürmə vermək istəyirdim. Təsadüfən belə alındı. Qəsdən ona zərbə endirmədim.

- Artıq mövsümün ilk yarısı başa çatdı. Ötən illə cari mövsümün ilk iki dövrəsini müqayisə etsək, çempionatın səviyyəsində fərq var?

- Bəli, çempionatın səviyyəsi artır. Çox səviyyəli futbolçular gəlib. İldən ilə inkişaf gedir. Birmənalı şəkildə fərqi hiss edirik. Səviyyənin qalxması üçün keyfiyyətli legionerlərin gəlişi mütləqdir. Bu halda rəqabət, maraqlı oyunların sayı artar və belədə stadiona daha çox azarkeş toplaşar.

- Uzunmüddətli zədədən qayıtdınız. Bir müddət kənarda qaldığınızı nəzərə alsaq, başa çatmaqda olan ili özünüz üçün necə dəyərləndirirsiniz?

- Hər futbolçunun karyerasında zədə olur. Təəssüf ki, hər zaman sağlam qalmaq mümkün deyil. Məndən başqa da zədəli futbolçularımız oldu. Ümid edirəm ki, 2025-ci il daha yaxşı olacaq. Zədəsiz bir il keçirəcəyik.

- Bəs “Qarabağ” üçün başa çatmaqda olan ili necə qiymətləndirmək mümkündür?

- Bu ili bir ömür xatırlayacağıq. “Braqa” və “Bayer”lə oyunlar heç vaxt unudulmayacaq. Tarixi nəticələr idi. Ümumilikdə mövsümün ilk hissəsi əla keçdi. Avrokuboklarla yanaşı, mövsümün sonunda həm çempion olduq, həm də ölkə kubokunu qazandıq. Təəssüf ki, yaydan sonra hər şey istədiyimiz kimi alınmadı. Çempionlar Liqasında qrup mərhələsində oynamaq istəyirdik. Lakin pley-offda uduzduq. Avroliqada isə 6 maçtdan 5-də məğlubiyyət acısı yaşadıq. Halbuki daha yaxşı nəticələr qazanamq mümkün idi.

- Avroliqada vəziyyət elədir ki, real yanaşsaq, pley-off şansınız çox azdır. Bu məqam son 2 oyuna köklənməyinizə mane olmayacaq?

- Xeyr, hər iki matça ciddi yanaşacağıq. Əlimizdən gələni edəcəyik. Lakin indki məqamda hər şeydən bizdən asılı deyil. Digər komandaların da necə oynayacağından çox şey asılıdır. Bununla belə, əminliklə deyirəm ki, biz bütün gücümüzü meydanda qoyacağıq ki, son iki oyunda qələbə qazanaq. Sona qədər mübarizə aparacağıq.

- İlin sonunda müxtəlif sorğular keçirilir ki, onlardan da biri Azərbaycanda ilin futbolçusudur. Siz hansı yerli futbolçunu ilin ən yaxşısı adına layiq görürsünüz?

- Bir qədər düşünməliyəm (fikirləşir).

- Deyəsən, qəliz sual oldu... “Qarabağ”dakı komanda yoldaşlarınızdan da seçə bilərsiniz.

- Elədirsə, o zamanı əminliklə Toral Bayramov deyirəm. Gəncdir, bu il çox vacib qollar vurub. Birmənalı şəkildə deyirəm ki, onun gözəl gələcəyi var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:234
embedMənbə:https://qol.az
archiveBu xəbər 23 Dekabr 2024 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri