Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı Slovakiyada keçirilən son Avropa çempionatında Azərbaycanın həm sərbəst, həm də yunan-Roma güləşi millisi qitə birinciliyinin qalibi adını qazandı.
3 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edən "klassiklər" 151 xalla ikinci dəfə Avropanın ən güclüsü ünvanına sahib çıxdılar.
Təmsilçilərimizdən Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq) gümüş, Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə Vətənə bürünc medalla döndülər.
AÇ-də rəqiblərinə göz açmağa imkan verməyən, olduqca parlaq performansla diqqət çəkən Nihat Məmmədli ilə söhbətləşmək qərarına gəldik.
22 yaşlı idmançının Fanat.Az-a müsahibəsi belə alındı: - 1 il ərzində dünya və ikiqat Avropa çempionluğu, üstəlik, yüksək stabilliyi cəmi 22 yaşda qazanmaq...
Sonuncu Avropa çempionatında isə rəqiblərinə demək olar ki, heç bir şans vermədin.
Qitə birinciliyindəki aşkar səviyyə fərqinin və ümumiyyətlə, uğurlarının pərdəarxası maraqlıdır...