Icma.az
close
up
RU
Bu ilki reallaşdırmaq istəyirəm Avropa çempionu Nihat Məmmədli

Bu ilki reallaşdırmaq istəyirəm Avropa çempionu Nihat Məmmədli

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Slovakiyada keçirilən son Avropa çempionatında Azərbaycanın həm sərbəst, həm də yunan-Roma güləşi millisi qitə birinciliyinin qalibi adını qazandı. 3 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edən "klassiklər" 151 xalla ikinci dəfə Avropanın ən güclüsü ünvanına sahib çıxdılar. Təmsilçilərimizdən Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq) gümüş, Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə Vətənə bürünc medalla döndülər. AÇ-də rəqiblərinə göz açmağa imkan verməyən, olduqca parlaq performansla diqqət çəkən Nihat Məmmədli ilə söhbətləşmək qərarına gəldik.

22 yaşlı idmançının Fanat.Az-a müsahibəsi belə alındı: 

- 1 il ərzində dünya və ikiqat Avropa çempionluğu, üstəlik, yüksək stabilliyi cəmi 22 yaşda qazanmaq... Sonuncu Avropa çempionatında isə rəqiblərinə demək olar ki, heç bir şans vermədin. Qitə birinciliyindəki aşkar səviyyə fərqinin və ümumiyyətlə, uğurlarının pərdəarxası maraqlıdır...
- Şükürlər olsun ki, bu yaşda yaxşı nəticələr qazanmışam. Ötən il Avropa və dünya çempionu oldum, bu dəfə yenidən qitə birinciliyində uğur qazandım. Allah qoysa, istəyirəm ki, bu il həm də dünya çempionu olum, nəticəmi təkrarlayım. Çalışıram ki, qazandığım nəticəni öz gözümdə çox da böyütməyim. Hər uğurun sevincini yaşayandan sonra geridə qalanı unutmağa və növbəti yarışa fokuslanmaq daha doğru yanaşmadır. Bu yarışdakı qarşılaşmaların çoxu rahat keçsə də, rəqiblərimin əksəriyyəti titullu idmançılar idi. Yarımfinalda Avropa və dünya çempionu ilə üz-üzə gəldim. Finalda qarşılaşdığım Georgi Tibilov Avropa və dünya çempionatında mükafatlar qazanmış idmançı idi. Yəni hər birinə hörmətlə yanaşırdım. Yarışa istər psixoloji, istərsə də fiziki və texniki baxımdan yaxşı hazırlaşmışdım. Elə buna görə də qarşıma qoyduğum məqsədə çata bildim.

- Məlumdur ki, sonuncu Olimpiadaya qatıla bilmədiyin üçün çox üzülmüşdün. Dünya və Avropa çempionluqları bu boşluğu nə dərəcədə sığortalayıb?
- Düzdür, ötən il Olimpiadaya qatıla bilmədim. Açığı, iki ay özümə gəlmədim. Hətta istədiyim qaydada məşq edə də bilmirdim. Sonra hiss etdim ki, bu dərəcədə üzülməyin sonu yoxdur. Psixoloji cəhətdən daha güclü olmaq, uğursuzluğu unutmaq lazım idi. Çətin də olsa, unutmaq yeganə yol idi. Hər şeyi bir kənara qoyub qarşıdakı dünya çempionatına hazırlaşdım. Əlbəttə, Olimpiadada medal qazanmaq tam başqadır. Amma qismət belə imiş. Bəlkə də heç orada medalçılar siyahısına düşə bilməyəcəkdim. İndi dünya çempionu kimi yadda qalmışam. Xeyirlisi nədirsə, elə də olsun. 

- Millinin məşqçisi Həsən Əliyevin bu yaxınlarda Avropa çempionatı ilə bağlı fikirləri diqqətimizi çəkdi. Demişdi ki, yığmada idmançılar artıq sadəcə rəqiblərini deyil, həm də titullarına görə bir-birini keçmək istəyir. Məsələn, sənin yaşıdın, olimpiya mükafatçısı və üçqat Avropa çempionu Həsrət Cəfərova qarşı belə bir "marağın" var?
- Həsən müəllimin səsləndirdiyi fikir maraqlı fikirdir. Ola bilsin ki, belədir. İki dəfə uğur qazanısan, istəyirsən ki, üçüncü də olsun, üç dəfə qazanırsan, istəyirsən ki, dörd olsun... Həsrətlə rəqabətə gəlincə, başqa çəkilərdəyik. İki ildir ardıcıl olaraq mən uğur qazanıram, üç ildir Həsrət qazanır. Mən birinci ilimdə 3-cü yeri tutmuşdum, Həsrət çempion olmuşdu. Sonrakı illərdə ikimiz də çempion oluruq. Məqsədim Həsrəti geridə qoymaq deyil. Hər il hər ikimiz titul qazansaq, daha yaxşı olar. O da qalib gəlsin, mən də. Həsrətlə ikimiz bir yerdə böyümüşük. Eyni məşqçinin tələbəsiyik. Onun uğurlarına da öz uğurlarım qədər sevinirəm. Bundan sonra da sevinəcəm. 

- Beş ay sonra Zaqrebdə keçiriləcək dünya çempionatı barədə nə fikirləşirsən?
- Bütün fikirlərimiz, planlarımız Zaqrebdəki dünya çempionatına hesablanıb. Keçən il 63 kiloqram çəkidə dərəcəsində dünya çempionu olmuşdum. Bu il 60 kiloqramda həm Avropa, həm də dünya çempionu olmaq istəyirəm. Allah qoysa, iki il ardıcıl olaraq nəticəmi təkrarlamaq arzusundayam. Səhv etmirəmsə, bizdə güləşdə iki il dalbadal həm dünya, həm də Avropa çempionatında qızıl medal qazanan olmayıb. Bu ilki reallaşdırmaq istəyirəm.

- 60 kiloqramda çıxış etsən, çox güman ki, rəqiblərin arasında bu çəkidə son iki DÇ-nin qalibi qırğızıstanlı Jolaman Şarşanbekov da olacaq. Sən isə sözügedən idmançı ilə bildiyim qədər heç vaxt qarşılaşmamısan... Lakin istənilən halda fikrin maraqlıdır: indiki durumda Şarşanbekov üçün nə boyda təhlükəsən? 
- Dünya çempionatındakı mümkün rəqiblərim haqda az-çox məlumatım var. Jolaman Şarşanbekov Olimpiadadan sonra heç bir yarışda iştirak etməyib. Heç Olimpiya çempionu Kenitiro Fumita da növbəti turnirlərə qatılmayıb. Yəni çəkilərini dəyişə də bilərlər və ya dəyişməyə də. Yalnız bunu deyə bilərəm ki, bütün rəqiblərimlə mübarizəyə hərtərəfli hazır olmalıyam. Əlimdən gələni etməli, mümkün qədər yaxşı hazırlaşmalıyam. 

- 2021-ci ildə Bakıda məşq zamanı qolun sınmışdı. Belə olmasaydı, olimpiadada iştirak etmiş, hətta Olimpiya medalı qazanmış Nihat Məmmədli statusu daşıya bilərdinizmi? Ümumiyyətlə o hadisə sizi nə dərəcədə geri saldı?
- 2020-nin sonlarında qabırğam sınmışdı. İki ay məşq etmədim. Sonra məşqlərə yeni-yeni başlayan zaman topuğumdan ciddi zədə aldım. Topuğumdakı zədə sağalanda qolum sındı. Hardasa yarım il məşq edə bilmədim. O zədə məni çox geri salmışdı. Qolum sınmasaydı, Olimpiadada mükafat qazana bilərdinmmi, bilməzdimmi, bu, artıq qəliz sualdır. Dediyim kimi, qismət deyilmiş. 

Nihat Ağasoy

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://fanat.az
archiveBu xəbər 18 Aprel 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri