Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkəmizdə bir müddətdir ki, ənənəvi yola alternativ olaraq, ödənişli yollar da sürücülərin istifadəsinə verilib.
Bu cür yolların əsas məqsədi nəqliyyat axınını sürətləndirmək, alternativ marşrutlar yaratmaqdır.
Sürücülər bu yollardan müəyyən ödəniş qarşılığında istifadə edirlər, ödənişlər isə elektron sistemlər və ya giriş-çıxış məntəqələri vasitəsilə həyata keçirilə bilər.
Bəs gələcəkdə hansı istiqamətlərdə ödənişli yolların tətbiqi gözlənilə bilər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, hazırda ödənişli yollardan kifayət qədər istifadə olunur: "İndiki halda Azərbaycanda bu yoldan kifayət qədər istifadə edən var.
Qiymətlər də o qədər də baha deyil. Gələcəkdə əgər zərurət yaranarsa, bu məsələyə bir daha baxmaq olar.
Qanunvericiliyə görə, ödənişli yol digər yolla paralel inkişaf etməlidir.