Icma.az
close
up
RU
Bu istiqamətdə də ödənişli yol çəkiləcək AÇIQLAMA

Bu istiqamətdə də ödənişli yol çəkiləcək AÇIQLAMA

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkəmizdə bir müddətdir ki, ənənəvi yola alternativ olaraq, ödənişli yollar da sürücülərin istifadəsinə verilib. Bu cür yolların əsas məqsədi nəqliyyat axınını sürətləndirmək, alternativ marşrutlar yaratmaqdır. Sürücülər bu yollardan müəyyən ödəniş qarşılığında istifadə edirlər, ödənişlər isə elektron sistemlər və ya giriş-çıxış məntəqələri vasitəsilə həyata keçirilə bilər.

Bəs gələcəkdə hansı istiqamətlərdə ödənişli yolların tətbiqi gözlənilə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, hazırda ödənişli yollardan kifayət qədər istifadə olunur:

"İndiki halda Azərbaycanda bu yoldan kifayət qədər istifadə edən var. Qiymətlər də o qədər də baha deyil. Gələcəkdə əgər zərurət yaranarsa, bu məsələyə bir daha baxmaq olar. Qanunvericiliyə görə, ödənişli yol digər yolla paralel inkişaf etməlidir. Yəni ödənişsiz yol da eyni infrastruktura, eyni imkana malik olmalıdır ki, vətəndaşlar oradan rahat və təhlükəsiz şəkildə istifadə etsinlər. Bu imkanlar mütləq yaradılmalıdır. Məsələ artıq çoxdan müzakirə olunub. Qiymət məsələsinə də baxılıb. Normal bir mexanizm, qiymətlər müəyyənləşdirilib və bundan artığı artıq gələcəkdə zəruri bir məsələ ortaya çıxarsa, gündəmə gətirmək olar. İndiki halda istifadə ilə bağlı hər hansı bir problem görmürəm. Yalnız müəyyən qaydalar tətbiq edilməlidir. Çünki Azərbaycanda bu, ilkdir və müəyyən çətinliklər, problemlər də olur. Adətən ilk addımlarda indiki halda artıq rahat istifadə olunur".

Ekspertin fikrincə, bu addım həm sürətli və təhlükəsiz hərəkəti təmin edəcək, həm də beynəlxalq yükdaşıma və sərnişindaşıma sahəsində mühüm rol oynayacaq.

"Bir çox istiqamətlərdə də belə yolların olması nəzərdə tutulur. İşğaldan azad olunan ərazilərə doğru da belə yolların çəkilməsi planlaşdırılır. Hazırda şimal istiqamətində bu var, cənub istiqamətində də artıq özünü doğruldacaq və müəyyən istiqamətlərdə olmalıdır. Bu, beynəlxalq yükdaşımalar, sərnişindaşımalarda beynəlxalq yol hərəkətində qəbul edilmiş bir variantdır, üsuldur və insanlar da bundan çox səmərəli şəkildə istifadə edirlər. Kimsə sürətli getmək, daha tez çatmaq, daha komfortlu yol istəyirsə, pulunu ödəyir və həmin yoldan istifadə edir. Burada hər hansı bir problem yoxdur. Ancaq yoldan istifadə qaydalarının pozulması, ödənişlə bağlı müəyyən yeniliklər artıq yavaş-yavaş tətbiq edilir. Daha rahat və asan formada ödənişlərin həyata keçirilməsi və digər mövzular barədə zaman-zaman məlumatlar verilir", - deyə E.Muradlı qeyd etdi.

Türkan İSGƏNDƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Fevral 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see702

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see438

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see264

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see233

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see230

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see212

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see211

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see209

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see208

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see200

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see198

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see196

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see195

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see191

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see189

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see188

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see187

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see185

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see184

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri