“Bu layihənin məqsədi Azərbaycanın təzyiq altına alınmasıdır” Fərhad Məmmədov | Icma.az
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"ABŞ Konqresində irəli sürülmüş “Sülh Aktı” (PEACE Act) qanun layihəsinin əsl məqsədi sülh yox, Azərbaycanın təzyiq altına alınmasıdır"."AzPolitika" xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov bildirib.
Ekspert qeyd edib ki, 2025-ci il sentyabrın 30-da ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr, Hüquq və Maliyyə komitələrində təqdim olunan 5632 saylı bu qanun layihəsi, zahirən sülhü təşviq etsə də, əslində birtərəfli mövqe daşıyır və Ermənistanı müdafiə, Azərbaycanı isə cəzalandırma məqsədi güdür.“Qanun layihəsi Ermənistan və Azərbaycan arasında əldə ediləcək razılaşmanın pozulması halında yalnız Azərbaycanın cəzalandırılması ssenarisini nəzərdə tutur.
Amma Ermənistanın mümkün təcavüzü və ya razılaşmadan birtərəfli çıxması ümumiyyətlə nəzərdən keçirilmir,” - deyə politoloq bildirib.Fərhad Məmmədovun fikrincə, bu layihənin arxasında erməni lobbisinin strateji planı dayanır: “Erməni lobbisi ABŞ-nin qanunverici hakimiyyətində təsirli olsa da, icraedici hakimiyyətə – yəni administrasiyalara – istədiyi formada təzyiq göstərə bilmədi.
Xüsusilə Prezident İlham Əliyevlə keçmiş ABŞ Prezidenti Donald Tramp arasında yaranmış qarşılıqlı rəğbət onların işini çətinləşdirdi.
Ona görə də erməni lobbisi taktikasını dəyişərək qanunvericilik sahəsində struktur dəyişikliyə yönəldi".
F.Məmmədov əlavə edib ki, layihənin adı - “Sülh Aktı” qəsdən seçilib, çünki bu ad altında təqdim olunan sənədə qarşı çıxmaq siyasi cəhətdən “sülhə qarşı çıxmaq” kimi təqdim edilə bilər: “Bu sənəddə guya Azərbaycan və Ermənistanın ərazi bütövlüyünə hörmət göstərilir, Vaşinqton razılaşması alqışlanır.
Amma eyni zamanda, Azərbaycanın keçmiş fəaliyyəti qanunverici şəkildə ‘təcavüz’ kimi təqdim olunur və gələcəkdə istənilən administrasiyaya sanksiyalar tətbiq etmək öhdəliyi qoyulur".Fərhad Məmmədovun fikrincə, bu qanun layihəsi həm də ABŞ Konqresinin Cənubi Qafqaz siyasətində institutlaşdırılmış rolunu artırmaq məqsədi daşıyır: “Ənənəvi olaraq ABŞ-də xarici siyasət icraedici hakimiyyətin - yəni prezidentin səlahiyyətində olub.
Tam oxu
Xəbəri oxu