Icma.az
close
up
RU
“Bu layihənin məqsədi Azərbaycanın təzyiq altına alınmasıdır” Fərhad Məmmədov

“Bu layihənin məqsədi Azərbaycanın təzyiq altına alınmasıdır” Fərhad Məmmədov

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"ABŞ Konqresində irəli sürülmüş “Sülh Aktı” (PEACE Act) qanun layihəsinin əsl məqsədi sülh yox, Azərbaycanın təzyiq altına alınmasıdır".

"AzPolitika" xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov bildirib. 

Ekspert qeyd edib ki, 2025-ci il sentyabrın 30-da ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr, Hüquq və Maliyyə komitələrində təqdim olunan 5632 saylı bu qanun layihəsi, zahirən sülhü təşviq etsə də, əslində birtərəfli mövqe daşıyır və Ermənistanı müdafiə, Azərbaycanı isə cəzalandırma məqsədi güdür.

“Qanun layihəsi Ermənistan və Azərbaycan arasında əldə ediləcək razılaşmanın pozulması halında yalnız Azərbaycanın cəzalandırılması ssenarisini nəzərdə tutur. Amma Ermənistanın mümkün təcavüzü və ya razılaşmadan birtərəfli çıxması ümumiyyətlə nəzərdən keçirilmir,” - deyə politoloq bildirib.

Fərhad Məmmədovun fikrincə, bu layihənin arxasında erməni lobbisinin strateji planı dayanır: “Erməni lobbisi ABŞ-nin qanunverici hakimiyyətində təsirli olsa da, icraedici hakimiyyətə – yəni administrasiyalara – istədiyi formada təzyiq göstərə bilmədi. Xüsusilə Prezident İlham Əliyevlə keçmiş ABŞ Prezidenti Donald Tramp arasında yaranmış qarşılıqlı rəğbət onların işini çətinləşdirdi. Ona görə də erməni lobbisi taktikasını dəyişərək qanunvericilik sahəsində struktur dəyişikliyə yönəldi".

F.Məmmədov əlavə edib ki, layihənin adı - “Sülh Aktı” qəsdən seçilib, çünki bu ad altında təqdim olunan sənədə qarşı çıxmaq siyasi cəhətdən “sülhə qarşı çıxmaq” kimi təqdim edilə bilər: “Bu sənəddə guya Azərbaycan və Ermənistanın ərazi bütövlüyünə hörmət göstərilir, Vaşinqton razılaşması alqışlanır. Amma eyni zamanda, Azərbaycanın keçmiş fəaliyyəti qanunverici şəkildə ‘təcavüz’ kimi təqdim olunur və gələcəkdə istənilən administrasiyaya sanksiyalar tətbiq etmək öhdəliyi qoyulur".

Fərhad Məmmədovun fikrincə, bu qanun layihəsi həm də ABŞ Konqresinin Cənubi Qafqaz siyasətində institutlaşdırılmış rolunu artırmaq məqsədi daşıyır: “Ənənəvi olaraq ABŞ-də xarici siyasət icraedici hakimiyyətin - yəni prezidentin səlahiyyətində olub. Məsələn, 907-ci düzəlişin tətbiqi və ya dondurulması kimi. ‘Sülh Aktı’ isə bu səlahiyyətləri məhdudlaşdıraraq, Konqresin rolunu genişləndirməyə, Azərbaycanla bağlı siyasəti məhdud çərçivəyə salmağa yönəlib".

Sonda politoloq bildirib ki, bu təşəbbüs erməni lobbisinin uzun illərdir arzuladığı Cənubi Qafqaz üzrə struktur dəyişikliyi yaratmaq məqsədi daşıyır: “Bir sözlə, bu sənədin məqsədi, ABŞ administrasiyalarının gələcəkdə Azərbaycanla bağlı siyasətini çərçivələmək və erməni lobbisinin strateji maraqlarına xidmət etməkdir".

Rasim Əliyev

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Oktyabr 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri