Bu liseyə direktor təyin olundu

29.04.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Vasif Eyvazov Şirvan Peşə Liseyinə direktor vəzifəsinə təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib, Vasif Eyvazov 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “İdarəetmə mühəndisliyi” ixtisası üzrə bakalavriat təhsili alıb. Daha sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə zabit vəzifəsində qulluq edib.

2014-cü ildən etibarən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində müxtəlif pedaqoji vəzifələrdə çalışıb.

2017–2024-cü illərdə Ağdam rayonu 71 nömrəli tam orta ümumtəhsil məktəbində hərbi hazırlıq rəhbəri, direktor müavini və direktor vəzifələrində işləyib.

2025-ci ildən Şirvan Peşə Liseyinə direktor təyinatınadək N.S. Teymurov adına 231 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində fəaliyyət göstərib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью