Bu liseyə direktor təyin olundu
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Vasif Eyvazov Şirvan Peşə Liseyinə direktor vəzifəsinə təyin edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib, Vasif Eyvazov 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “İdarəetmə mühəndisliyi” ixtisası üzrə bakalavriat təhsili alıb. Daha sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə zabit vəzifəsində qulluq edib.
2014-cü ildən etibarən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində müxtəlif pedaqoji vəzifələrdə çalışıb.
2017–2024-cü illərdə Ağdam rayonu 71 nömrəli tam orta ümumtəhsil məktəbində hərbi hazırlıq rəhbəri, direktor müavini və direktor vəzifələrində işləyib.
2025-ci ildən Şirvan Peşə Liseyinə direktor təyinatınadək N.S. Teymurov adına 231 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində fəaliyyət göstərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 29 Aprel 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















