News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir. Avtomobil istehsalçıları model sıralarını yenidən nəzərdən keçirir.
2026-cı ilə qədər bir neçə məşhur marka istehsaldan çıxarılacaq.
Bunun əsas səbəbi elektromobillərə keçid, bəzi seqmentlərə tələbatın azalması və krossoverlərin üstünlük təşkil etməsidir.Proqnozlara görə, 2026-cı ilə qədər avtomobil bazarı daha da elektrikləşəcək və klassik modellərin yerini yeni SUV-lar və elektromobillər tutacaq.
Benzin mühərrikli avtomobil həvəskarları ya son buraxılış modellərini əldə etməli, ya da yeni elektrik versiyalarını gözləməlidirlər.News24.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) icraçı direktoru Eyyub Əliyev bildirib ki, tələb-təklif məsələsi hər ölkəyə görə dəyişir:“Bu, ölkədən-ölkəyə dəyişən bir məsələdir.
Məlum olduğu kimi, Azərbaycanda daha çox hündür maşınları, krossoverləri bəyənirlər, onalra tələbat çoxdur.
Amma məsələn, ABŞ-də daha çox pikaplara üstünlük verirlər.Bir sözlə, avtomobil seçimi ölkənin iqliminə, insan baxışına, psixologiyasına uyğun olaraq edilir.
Avropa ölkələrində daha çox kiçik həcmli maşınları görə bilərik.
Lakin bəzi növ avtomobillər var ki, onlara maraq hər zaman olsa da, tələbat məhduddur.