Icma.az
close
up
RU
Bu maşınların istehsalı dayandırılır Alıcılara xəbərdarlıq

Bu maşınların istehsalı dayandırılır Alıcılara xəbərdarlıq

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avtomobil istehsalçıları model sıralarını yenidən nəzərdən keçirir. 2026-cı ilə qədər bir neçə məşhur marka istehsaldan çıxarılacaq. Bunun əsas səbəbi elektromobillərə keçid, bəzi seqmentlərə tələbatın azalması və krossoverlərin üstünlük təşkil etməsidir.

Proqnozlara görə, 2026-cı ilə qədər avtomobil bazarı daha da elektrikləşəcək və klassik modellərin yerini yeni SUV-lar və elektromobillər tutacaq. Benzin mühərrikli avtomobil həvəskarları ya son buraxılış modellərini əldə etməli, ya da yeni elektrik versiyalarını gözləməlidirlər.

News24.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) icraçı direktoru Eyyub Əliyev bildirib ki, tələb-təklif məsələsi hər ölkəyə görə dəyişir:

“Bu, ölkədən-ölkəyə dəyişən bir məsələdir. Məlum olduğu kimi, Azərbaycanda daha çox hündür maşınları, krossoverləri bəyənirlər, onalra tələbat çoxdur. Amma məsələn, ABŞ-də daha çox pikaplara üstünlük verirlər.

Bir sözlə, avtomobil seçimi ölkənin iqliminə, insan baxışına, psixologiyasına uyğun olaraq edilir. Avropa ölkələrində daha çox kiçik həcmli maşınları görə bilərik. Lakin bəzi növ avtomobillər var ki, onlara maraq hər zaman olsa da, tələbat məhduddur. Bu növ maşınların istehsal sayı digər avtomobillərdən hər zaman az olub. Lüks brendlər olan “Lamborcini” və “Ferrari” il ərzində minimum sayıda istehsal var”.

Eyyub Əliyev qeyd edib ki, ölkəmizdə hazırda dəbdə olan maşınlar daha çox elektromobil və hibridlərdir:

“Yəni hər bir avtomobilin öz həvəskarı var. Sadəcə əgər hansısa avtomobil yüksək qiymətdə deyilsə, istehsalçı onu daha çox istehsal edib satmağı düşünürsə və tələb-təklif məsələsində uyğunsuzluq varsa, təbii ki, şirkət onun istehsalını saxlayır.

Azərbaycana gəldikdə, hazırki tendensiya onu göstərir ki, artıq alıcılar elektrik avtomobillərə, hibridlərə daha çox maraq göstərirlər. Bizdə yaxın illərdə bu tendensiya daha da artacaq”. /konkret.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://news24.az
archiveBu xəbər 23 Fevral 2025 02:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri