Bu maşınların qiyməti kəskin ucuzlaşdı bazarda “partlayış” gözlənir | Icma.az
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq. Azərbaycanda son vaxtlar avtomobil bazarında qiymət dəyişiklikləri diqqət çəkir.
Xüsusilə hibrid avtomobillərin qiymətində ciddi ucuzlaşma müşahidə olunur.
Əvvəllər 30 min dollara təklif olunan bəzi modellər hazırda 20 min dollara qədər enib.
Bu isə həm alıcıların, həm də satıcıların diqqətini cəlb edib.
Qiymətlərin kəskin düşməsi bazarda hansı dəyişikliklərin baş verdiyini gündəmə gətirir?
Məsələ ilə bağlı Globalinfo.az-a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, əslində əsas ucuzlaşma elektrik avtomobillərdə müşahidə olunur.
Onun sözlərinə görə, hibrid avtomobillərdə ciddi qiymət dəyişməsi yoxdur: “Əksinə, gələn ildən hibridlərə tətbiq edilən güzəştlərin ləğvi gözlənildiyi üçün alıcılar bu tip avtomobilləri indidən almağa üstünlük verirlər.
Yanvar ayını gözləmirlər, bazarda bir növ tələskənlik yaranıb. Qiymətlərin düşməsinin əsas səbəbi isə sağlam olmayan rəqabətdir.
Tam oxu
Xəbəri oxu