Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Bu maşınların qiyməti kəskin ucuzlaşdı bazarda “partlayış” gözlənir

Bu maşınların qiyməti kəskin ucuzlaşdı bazarda “partlayış” gözlənir

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycanda son vaxtlar avtomobil bazarında qiymət dəyişiklikləri diqqət çəkir. Xüsusilə hibrid avtomobillərin qiymətində ciddi ucuzlaşma müşahidə olunur. Əvvəllər 30 min dollara təklif olunan bəzi modellər hazırda 20 min dollara qədər enib. Bu isə həm alıcıların, həm də satıcıların diqqətini cəlb edib.

Qiymətlərin kəskin düşməsi bazarda hansı dəyişikliklərin baş verdiyini gündəmə gətirir?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, əslində əsas ucuzlaşma elektrik avtomobillərdə müşahidə olunur.

Onun sözlərinə görə, hibrid avtomobillərdə ciddi qiymət dəyişməsi yoxdur:

“Əksinə, gələn ildən hibridlərə tətbiq edilən güzəştlərin ləğvi gözlənildiyi üçün alıcılar bu tip avtomobilləri indidən almağa üstünlük verirlər. Yanvar ayını gözləmirlər, bazarda bir növ tələskənlik yaranıb. Qiymətlərin düşməsinin əsas səbəbi isə sağlam olmayan rəqabətdir. Rəsmi dilerlər vasitəsilə ölkəyə gələn avtomobillərlə yanaşı, fərdi şəxslər – yəni “alverçilər” Çin bazarının daxili istehsalı olan modelləri ucuz qiymətə ölkəyə gətirirlər. Bu avtomobillər çox zaman nə ehtiyat hissələri, nə də texniki xüsusiyyətlərinə görə regionumuza uyğun olmur. Belə modellər rəsmi şəkildə idxal olunan avtomobillərlə müqayisədə keyfiyyət və təhlükəsizlik baxımından geridə qalır”.

Həmçinin oxuyun:

Maşın almaq istəyənlərin diqqətinə – Qiymətlər kəskin dəyişir

Eyyub Əliyev

AADA sədrinin sözlərinə görə, fərdi idxalçılar arasında da hazırda qiymət “müharibəsi” gedir:

“Bazarda bəzi şəxslər maşını maya dəyərinə, hətta ziyana sataraq bir-birinin bazarını “vurmağa” çalışır. Əvvəllər bu şəxslər üzərinə 300-500 dollar qoyub avtomobil satırdısa, indi ziyana işləyirlər. Hətta aralarında “filankəsi yandırdım, ondan ucuz satdım” kimi söhbətlər də dolaşır. Bu isə bazarda ləyaqətsiz və qeyri-peşəkar mühit formalaşdırır. Avtomobil bazarımız sivil qaydalardan uzaqlaşaraq xaotik bir alış-veriş məkanına çevrilib. Bu tendensiyanın sonu yaxşı görünmür”.

E.Əliyev əlavə edib ki, rəsmi idxalla gələn avtomobillərin təhlükəsizlik zəmanəti olur, amma fərdi şəxslər vasitəsilə gətirilən modellərdə bu təminat yoxdur: “Zavod qüsuru aşkar edilən rəsmi avtomobillər geri çağırılır, təmir olunur və ya əvəzlənir. Lakin fərdi şəxslərin gətirdiyi avtomobillər bir neçə əl dəyişdiyindən, belə hallarda nə istehsalçı, nə də alıcı məsuliyyət daşıyır. Sonda təhlükəli bir nəqliyyat vasitəsi yollarda hərəkət edir ki, bu da gələcəkdə ciddi fəsadlara səbəb ola bilər. Təəssüf ki, bazarda sağlam rəqabət yox səviyyəsindədir və bu prosesin hardasa “partlayacağı” ehtimalı böyükdür”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 İyul 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see277

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see272

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see219

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see211

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see207

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see197

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see193

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see189

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see181

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see168

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see155

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see154

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

19 Yanvar 2026 14:34see151

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see151

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see149

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see148

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see146

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see146

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri