Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Azərbaycana düyü idxalı azalıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-may aylarında ölkəyə 27 min ton düyü gətirilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,5% azdır. Düyü idxalına xərclənən pul da azalıb.
25,8 milyon dollar olub ki, bu da 23,8% azalma deməkdir. Hesabat dövründə bir kiloqram düyünün orta qiyməti 1,61 manat olub.
Halbuki 2024-cü ildə bu rəqəm 1,77 manat idi. Beləliklə, qiymət 9% və ya 16 qəpik ucuzlaşıb.
İqtisadçı ekspert Xalid Kərimli Metbuat.az-a açıqlamasında bildirib ki, düyü idxalının qiymətinin azalması satış qiymətlərinə təsir edən faktordur.
Amma bu, o demək deyil ki, funksional əlaqə var və biri düşən kimi digəri də avtomatik olaraq düşəcək.
İdxal qiymətinin azalması pərakəndə sektorda düyü qiymətlərinə azaldıcı təsir göstərə bilər.