Icma.az
close
up
RU
Bu məhsul ucuzlaşacaq?

Bu məhsul ucuzlaşacaq?

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycana düyü idxalı azalıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-may aylarında ölkəyə 27 min ton düyü gətirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,5% azdır. Düyü idxalına xərclənən pul da azalıb. 25,8 milyon dollar olub ki, bu da 23,8% azalma deməkdir. Hesabat dövründə bir kiloqram düyünün orta qiyməti 1,61 manat olub. Halbuki 2024-cü ildə bu rəqəm 1,77 manat idi. Beləliklə, qiymət 9% və ya 16 qəpik ucuzlaşıb.

İqtisadçı ekspert Xalid Kərimli Metbuat.az-a açıqlamasında bildirib ki, düyü idxalının qiymətinin azalması satış qiymətlərinə təsir edən faktordur. Amma bu, o demək deyil ki, funksional əlaqə var və biri düşən kimi digəri də avtomatik olaraq düşəcək. İdxal qiymətinin azalması pərakəndə sektorda düyü qiymətlərinə azaldıcı təsir göstərə bilər.

Onun sözlərinə görə, hazırda idxalın azalması bazara mənfi təsir göstərməyəcək:

“Birincisi, dünya üzrə düyü qiymətləri hazırda enir. 2022–2023-cü illərdə isə bahalaşma müşahidə olunmuşdu. Xüsusilə də Hindistan tərəfindən ixraca məhdudiyyətlər qoyulmuşdu. Çünki həmin dövrdə əlverişsiz hava şəraiti düyü məhsuldarlığında problemlər yaratmışdı. Hindistan əhalisinin əsas qida məhsullarından biri düyü olduğuna görə, hökumət ərzaq təhlükəsizliyi məqsədilə ixracı məhdudlaşdırmışdı. Bu da dünya bazarlarında düyü qiymətlərinin 15–20 faiz bahalaşmasına səbəb olmuşdu”.

Ekspertin sözlərinə görə, son statistik göstəricilər isə düyü qiymətlərinin ucuzlaşdığını göstərir. Qiymətlər ucuzlaşdıqca Azərbaycana gətirilən düyü də daha ucuz başa gəlir:

“Amma ümumilikdə qiymət enməsi bizim bazardakı qiymətlərə də təsir göstərə bilər. İdxalın azalmasına gəlincə, burada nəzərə alınmalı olan bir sıra amillər var. Məsələn, anbarlardakı ehtiyatlar, yolda olan mallar, əvvəlcədən ödənilmiş partiyalar – bütün bunlar bazarda qiymətə təsir edən amillərdir. Ona görə də konkret olaraq hansısa ayın sonunda idxalın müqayisəli şəkildə azalması hələ ciddi nəticə çıxarmaq üçün əsas deyil. Ola bilsin, düyü qiymətlərinin ucuzlaşması idxalçıların daha az məhsul almasına şərait yaradır. Çünki onlar düşünürlər ki, qiymətlər gələcəkdə daha da enəcək. Bu səbəbdən də gözləmə mövqeyi tutaraq idxalı azaldırlar ki, sonrakı mərhələdə daha ucuz mal ala bilsinlər”.

X.Kərimli qeyd edib ki, düyü qiymətlərinin satışa təsir etməməsinin və ya zəif təsir etməsinin başqa səbəbləri də var:

“İdxalçıların xərcləri bahalaşır, artır, çünki daşıma xərcləri təkcə düyünün öz qiymətindən ibarət deyil. Həmçinin, daşıma xərcləri xüsusilə müharibələr və İran üzərindən keçən tranzitlə bağlı problemlər səbəbindən çətinliklər yarada bilər. Məsələn, əvvəllər 3000 dollara gətirilən konteyner indi daha baha başa gələ bilər. Eyni zamanda, işçi qüvvəsinin xərci də artıb. Bu səbəbdən, hərçənd dünya bazarında düyü qiymətləri ucuzlaşır, bu, daxili bazarda eyni səviyyədə əksini tapmaya bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 21 İyul 2025 23:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see563

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see221

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see207

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see203

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see186

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see186

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see186

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see181

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see179

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see179

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see174

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see173

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see172

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see169

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see169

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see167

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see166

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri