Icma.az bildirir, Yenisabah portalına istinadən. Yay mövsümündə çimərliklər və dəniz kənarı ərazilər insanların istirahət üçün ən çox üz tut
Havanın isti, günəşin parlaq olduğu günlərdə aclıq hissi daha tez yaranır.
Bu səbəbdən bir çoxları çimərliyə yemək və içki götürməyi üstün tutur.
Lakin bəzi məhsullar var ki, onları gün altında saxlamaq sağlamlıq üçün ciddi təhlükə yarada bilər.
Yenisabah.az xəbər verir ki, araşdırmalar yüksək temperaturda saxlanılan bəzi qidaların qısa müddət ərzində xarab olduğunu və nəticədə zəhərlənmə, ishal, qusma və digər mədə-bağırsaq problemləri yarana bildiyini göstərir.
Bu isə istirahəti kabusa çevirə bilər. Bəs isti havada ən tez hansı məhsullar xarab olur?
Nəzər salaq: pizza hut Mütəxəssislərin sözlərinə görə, ən riskli qida qrupuna süd və yumurta tərkibli məhsullar daxildir.
Buraya mayonezli salatlar, südlü içkilər, qatıq, pendir və kremlə hazırlanan şirniyyatlar aiddir.