Icma.az
close
up
RU
BU məhsulları dənizəa parmayın SİYAHI

BU məhsulları dənizəa parmayın SİYAHI

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Yay mövsümündə çimərliklər və dəniz kənarı ərazilər insanların istirahət üçün ən çox üz tutduğu məkanlardan biridir. Havanın isti, günəşin parlaq olduğu günlərdə aclıq hissi daha tez yaranır. Bu səbəbdən bir çoxları çimərliyə yemək və içki götürməyi üstün tutur. Lakin bəzi məhsullar var ki, onları gün altında saxlamaq sağlamlıq üçün ciddi təhlükə yarada bilər.

Yenisabah.az xəbər verir ki, araşdırmalar  yüksək temperaturda saxlanılan bəzi qidaların qısa müddət ərzində xarab olduğunu və nəticədə zəhərlənmə, ishal, qusma və digər mədə-bağırsaq problemləri yarana bildiyini göstərir. Bu isə istirahəti kabusa çevirə bilər.

Bəs isti havada ən tez hansı məhsullar xarab olur? Nəzər salaq: pizza hut

Mütəxəssislərin sözlərinə görə, ən riskli qida qrupuna süd və yumurta tərkibli məhsullar daxildir. Buraya mayonezli salatlar, südlü içkilər, qatıq, pendir və kremlə hazırlanan şirniyyatlar aiddir. Bu məhsullar soyuducu olmadan bir neçə saat ərzində təhlükəli hala gəlir.

Eyni risk bişmiş ət, toyuq, kolbasa, kabab və digər ət məhsulları üçün də keçərlidir. Xüsusilə açıq qablaşdırmada saxlanılan bu qidalar yüksək temperaturda zərərli bakteriyaların sürətlə çoxalması üçün əlverişli mühit yaradır.

Qarpız və yemiş də təhlükəlidir: Yayda ən çox yeyilən meyvələrdən olan qarpız və yemiş də sağlamlıq baxımından təhlükə yarada bilər. Bu meyvələr kəsildikdən sonra isti mühitdə saxlanarsa, onların içində bakteriyalar sürətlə yayılır. Qarpız və yemişin şəkər tərkibinin yüksək olması mikrobların çoxalmasını daha da sürətləndirir.

Konservlər və dəniz məhsulları risk daşıyır: Çimərliyə aparılan balıq konservləri və dəniz məhsulları da zəhərlənmə riski yarada bilər. Bu məhsullar günəş şüalarına məruz qalarsa və düzgün şəraitdə saxlanmazsa, içindəki qoruyucu qatlar zərər görür və zərərli bakteriyalar yaranır. Konservlərin açıq halda saxlanılması isə yoluxma ehtimalını daha da artırır.

Çimərliyə hansı qidaları aparmaq olar?

Mütəxəssislər bildirirlər ki, çimərlik şəraitinə uyğun yüngül, tez xarab olmayan və soyuducuya ehtiyac duymayan məhsullar seçilməlidir. Bunlara aşağıdakılar daxildir:

Qabığı soyulmamış meyvələr (alma, banan, ərik və s.)

Quru meyvə və tumlar

Soussuz sendviçlər (pendirli və ya tərəvəzli)

Quru məhsullar – biskvit, kraker, simit

Termosda saxlanmış içkilər (su, çay və s.)

Yoluxucu xəstəlik riski

Qeyd edək ki, isti havada xarab olmuş qidaların istehlakı ishal, qusma, qarın ağrısı və halsızlıq kimi simptomlara səbəb olur. Bu əlamətlər bəzən günvurma ilə qarışdırılsa da, əslində qida zəhərlənməsinin nəticəsidir və bəzi hallarda tibbi müdaxilə tələb olunur.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 İyul 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see345

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see338

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see280

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see270

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see264

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see259

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see252

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see252

Onkoloq xərçəngin gec diaqnoz qoyulmasının səbəbini müəyyən edib

29 Avqust 2026 20:25see242

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see234

Neft bazarı ÇALXALANA BİLƏR Müharibələr və ABŞ Venesuela sazişi nə vəd edir?

29 Avqust 2026 18:58see218

Qızıl bazarında qiymətlər yenidən kəskin dəyişdi (Video)

29 Avqust 2026 23:15see207

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see188

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see188

Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək XƏBƏRDARLIQ

30 Avqust 2026 10:31see188

Əməliyyat keçirildi: Milyonluq biznes üzə çıxdı KONKRET

29 Avqust 2026 21:58see185

Niderland vətəndaşı ilə bağlı Dövlət Sərhəd Xidmətindən AÇIQLAMA

30 Avqust 2026 08:30see184

Boşanıb, ayrıla bilməyən məşhurlar

30 Avqust 2026 05:05see183

Tbilisidə Azərbaycan və gürcü rəqslərini birləşdirən yeni dərnək açılıb

30 Avqust 2026 02:08see172

İranın əsas ticarət qapısında durğunluq yaşanır GÖRÜNTÜ

29 Avqust 2026 23:28see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri