Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Milli Preventiv Mexanizm çərçivəsində Müvəkkil ötən il ümumilikdə müxtəlif qurumlara 352 başçəkmə həyata keçirib.
Gəlin, vurğulayaq ki, dövlət-hökumət və bələdiyyə orqanlarının fəaliyyətinə nəzarət baxımından ən mühüm səlahiyyətləri sırasında Ombudsman məhz belə ziyarətləri həyata keçirməklə müvafiq sahələrdə gerçək vəziyyəti öyrənməyə çalışır, formal deyil, sərt tələblər çərçivəsində fəaliyyətini qurur.
Müsbət haldır ki, sənəddə planlaşdırılmayan başçəkmələr haqda geniş məlumat verilir. Effektivlik baxımından bunun təsiri çoxdur.
Penitensiar müəssisələrdə sıxlıq və ölüm halları ilə bağlı Müvəkkil daim təkliflərini irəli sürür”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bu gün keçirilən komitə iclasında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri qeyd edib ki, azadlıqdan məhrum etməyə alternativ tədbirlər – yəni, məhdudlaşdırılma – “cəza bilərziyi” adlanan qərarlar haqda məlumat da təqdim oluna bilsəydi, o halda gerçək mənzərəni aydın görmək olardı: “Təəssüflər olsun ki, Probasiya Xidmətinin saytında parlament, yaxud bütün hakimiyyət orqanları üçün hazırlanan təhlillər, məlumat bazaları və araşdırmalar demək olar ki, yoxdur.
Halbuki mühüm dövlət siyasətindən danışırıqsa, minlərlə məhkumun cəzaçəkmə müsəssisələrində olmadan islah edilməsi təkcə maliyyə resurslarının qarşısını almayıb, eləcə də vətəndaşların fərdi və ictimai həyatdan təcrid olunmaması mühüm mənəvi hadisəyə çevrilib.