Icma.az
close
up
RU
“Bu məlumatlar deputatlara təqdim olunmalıdır”

“Bu məlumatlar deputatlara təqdim olunmalıdır”

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Milli Preventiv Mexanizm çərçivəsində Müvəkkil ötən il ümumilikdə müxtəlif qurumlara 352 başçəkmə həyata keçirib. Gəlin, vurğulayaq ki, dövlət-hökumət və bələdiyyə orqanlarının fəaliyyətinə nəzarət baxımından ən mühüm səlahiyyətləri sırasında Ombudsman məhz belə ziyarətləri həyata keçirməklə müvafiq sahələrdə gerçək vəziyyəti öyrənməyə çalışır, formal deyil, sərt tələblər çərçivəsində fəaliyyətini qurur. Müsbət haldır ki, sənəddə planlaşdırılmayan başçəkmələr haqda geniş məlumat verilir. Effektivlik baxımından bunun təsiri çoxdur. Penitensiar müəssisələrdə sıxlıq və ölüm halları ilə bağlı Müvəkkil daim təkliflərini irəli sürür”. 

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bu gün keçirilən komitə iclasında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri qeyd edib ki, azadlıqdan məhrum etməyə alternativ tədbirlər – yəni, məhdudlaşdırılma – “cəza bilərziyi” adlanan qərarlar haqda məlumat da təqdim oluna bilsəydi, o halda gerçək mənzərəni aydın görmək olardı:

“Təəssüflər olsun ki, Probasiya Xidmətinin saytında parlament, yaxud bütün hakimiyyət orqanları üçün hazırlanan təhlillər, məlumat bazaları və araşdırmalar demək olar ki, yoxdur. Halbuki mühüm dövlət siyasətindən danışırıqsa, minlərlə məhkumun cəzaçəkmə müsəssisələrində olmadan islah edilməsi təkcə maliyyə resurslarının qarşısını almayıb, eləcə də vətəndaşların fərdi və ictimai həyatdan təcrid olunmaması mühüm mənəvi hadisəyə çevrilib. Uğurları qiymətləndirmək üçün millət vəkillərinə belə məlumatlar təqdim olunmalıdır”.

Z.Oruc bildirib ki, məruzədə narkoloq və klinik psixoloqların azlığı məsələsinə ayrıca yer verilib:

“Bir daha məsələyə geniş ölçüdə baxaraq xatırladaq ki, ölkəmizdə 2015-ci ildə 28 min 555 nəfər narkotik istifadəçisi qeydiyyatda idisə, 2021-ci ildə bu rəqəm 34 minə çatıb. Biz hələ rəsmi rəqəmlərdən danışırıq.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə ölkədə narkoloqların sayı 91, ötən il 67, cari ildə isə 66 olub. Göründüyü kimi, 1 narkoloqa 500 narkotik istifadəçisi düşür. Belə şəraitdə müalicənin necə aparıldığını təsəvvürə gətirmək çətin deyil. Kadrların hazırlanması sahəsində sistemli tədbirlərə ehtiyac duyulur. Nəzərə alsaq ki, məhkumların içərisində də narkotik tərkibli cinayətlər 30 faizdən yuxarıdır, onda mütəxəssis hazırlığının əhəmiyyəti hamımız üçün aydın olar”.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Mart 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see287

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see273

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see267

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see260

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see236

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see219

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see213

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see204

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see203

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see195

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see195

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see194

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see189

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see187

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see183

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see177

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see171

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see171

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see171

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri