Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bəzi meyvələr insanda serotonin, dopamin və digər xoşbəxtlik hormonlarını artırır. Bu hormonlar sayəsində insanın əhvalı yaxşılaşır.
Sfera.az insanın gülərüz olmasına səbəb olan meyvələri təqdim edir: Banan - tərkibində triptofan var ki, bu da beyində serotonin (xoşbəxtlik hormonu) istehsalına kömək edir.
Bananın B6 vitamini ilə zənginliyi də stressin azalmasına kömək edir.
Çiyələk - antioksidantlarla zəngindir, beyin fəaliyyətini və əhval-ruhiyyəni yaxşılaşdırır.
Həmçinin, tərkibindəki C vitamini sayəsində stressi azaldır.
Portağal və naringi - C vitamini və fol turşusu ilə zəngindir, yorğunluğu azaldır və enerjini artırır.
Bu meyvələrin ətri belə insanın əhvalının yüksəlməsinə kömək edir.