Icma.az bildirir, Modern.az saytına əsaslanaraq. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən "Yaradıcı müəllim: yaradıcı tət
Modern.az xəbər verir ki, mükafatlandırılma mərasimində millət vəkilləri Mehriban Vəliyeva, Fatma Yıldırım, Ceyhun Məmmədov, Elçin Mirzəbəyl
İştirakçılar əvvəlcə müəllimlərin rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən BŞTİ-nin müdir müavini Anar Qədiməliyev ümumi təhsil müəssisələrində çalışan müəllimlərin yaradıcı potensialını üzə çıxarmaq və müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək baxımından bu cür müsabiqələrin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib.
A.Qədiməliyev yaradıcı müəllim məsələsini təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən islahatların ən əhəmiyyətli tərkib hissəsi kimi dəyərləndirib.
Texnologiyanın sürətli inkişafının öyrənmə və öyrətməyə də öz təsirini göstərdiyini vurğulayan müdir müavini bildirib ki, XXI əsrin uşaqlarını öyrədən müəllimdən yeni və fərqli yanaşmalar tələb olunur.
Millət vəkili Mehriban Vəliyeva yaradıcı, yenilikçi və daim öz üzərində çalışan müəllimlərin aşkara çıxarılmasında və ictimaiyyətə təqdim edilməsində bu müsabiqənin mühüm rol oynadığını vurğulayıb.