Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Bu müəllimlər təltif edildi FOTO

Bu müəllimlər təltif edildi FOTO

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən "Yaradıcı müəllim: yaradıcı tətbiqetmə" təqdimat müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Modern.az xəbər verir ki, mükafatlandırılma mərasimində millət vəkilləri Mehriban Vəliyeva, Fatma Yıldırım, Ceyhun Məmmədov, Elçin Mirzəbəyli, Tamam Cəfərova, Şahin Seyidzadə, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu, BŞTİ-nin müdir müavini Anar Qədiməliyev, ETN və İdarənin müvafiq struktur bölmə rəhbərləri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Könül Pirverdiyeva, Əməkdar müəllimlər Nəzakət Əliyeva və Afət Allahverdiyeva, müsabiqə qalibləri, məktəbdənkənar və ümumi təhsil müəssisələrinin direktorları iştirak ediblər.

İştirakçılar əvvəlcə müəllimlərin rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən BŞTİ-nin müdir müavini Anar Qədiməliyev ümumi təhsil müəssisələrində çalışan müəllimlərin yaradıcı potensialını üzə çıxarmaq və müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək baxımından bu cür müsabiqələrin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib.

A.Qədiməliyev yaradıcı müəllim məsələsini təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən islahatların ən əhəmiyyətli tərkib hissəsi kimi dəyərləndirib. Texnologiyanın sürətli inkişafının öyrənmə və öyrətməyə də öz təsirini göstərdiyini vurğulayan müdir müavini bildirib ki, XXI əsrin uşaqlarını öyrədən müəllimdən yeni və fərqli yanaşmalar tələb olunur.

Millət vəkili Mehriban Vəliyeva yaradıcı, yenilikçi və daim öz üzərində çalışan müəllimlərin aşkara çıxarılmasında və ictimaiyyətə təqdim edilməsində bu müsabiqənin mühüm rol oynadığını vurğulayıb. Təhsilimizin inkişafı üçün qabaqcıl təcrübəyə malik, istedadlı, peşəkar müəllimlərə hər zaman ehtiyac olduğunu deyən M.Vəliyeva sürətlə dəyişən dövrün müəllimdən yeni axtarışlar, ideyalar, yanaşmalar, yenilikçi təşəbbüslər tələb etdiyini bildirib.

Elm və Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu "Yaradıcı müəllim: yaradıcı tətbiqetmə" təqdimat müsabiqəsində yenilikləri ilə seçilən müəllimlərin yenilənən dünyamızın, cəmiyyətimizin quruculuğunun fəal iştirakçılarından olduğunu diqqətə çatdırıb. Təşəbbüskar müəllimin həmişə fərqləndiyini və hər zaman öndə olduğunu deyən V.Yaqublu müsabiqə qaliblərinin fikirlərinin gənc müəllimlərimizə stimul verəcəyinə, onları daha da yaradıcı olmağa səsləyəcəyinə inandığını söyləyib. Bütün qalibləri və fərqlənən müəllimləri təbrik edən şöbə müdiri onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.

Bakı şəhəri 164 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, Əməkdar müəllim Afət Allahverdiyeva bildirib ki, müəllimin öz işinə peşəkar münasibəti onun uşaqlarla işləməkdən zövq almasına, böyük həvəslə fəaliyyət göstərməsinə və məhsuldar işləməsinə stimul verir, yeni-yeni nailiyyətlərə ruhlandırır.

Tədbirdə müsabiqədə qalib gəlmiş müəllimlərin fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub.

Daha sonra müsabiqədə I, II və III yerə layiq görülmüş müəllimlərə diplom və hədiyyələr təqdim olunub, həvəsləndirici yer tutan iştirakçılar Tərifnamə, digərləri isə fəal iştiraklarına görə Təşəkkürnamə ilə təltif ediliblər.

Tədbir müəllimlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 Yanvar 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see618

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see434

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see320

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see307

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see255

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see236

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see227

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see225

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see207

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see206

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see204

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see198

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see193

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see188

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see180

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see180

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see177

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see171

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see169

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri