Bu müraciət Vətənə sevginin işığıdır | Icma.az
Newscenter.az saytına istinadən Icma.az xəbər verir. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə təsis edilən Dün
Hər il bu bayram günündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciət edir, hər bir azərbaycanlının bayramını təb
Bu təbrik də dövlətin vətəndaşlarına münasibəti kimi tarixləşir.Dövlət başçısı xalqa bu il də müraciət etdi.
Bu ilki müraciət ərazilərimizin işğaldan azad edilməsi ilinin müraciəti oldu.
Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edildiyi ilin müraciəti kimi tarixləşdi.
Dövlət başçımız bu müraciətdə Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğu ilin sevincini hamı ilə bölüşdü, 2025-ci ili suverenliymizin bərpası baxımından əlamətdar il adlandırdı.
İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən, Ermənistan silahlı qüvvələrinin istifadəsində olan hərbi infrastrukturun zərərsizləşdirilməsindən, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərindən, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Ordusunun ötən ilin sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror əməliyyatı aparmasından, Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşunun tam bərpa edilməsindən söz açdı, dedi ki, “Birinci mərhələdə Qarabağın və Şərqi Zəngəzurun böyük hissəsini 2020-ci ildə Vətən müharibəsində işğalçılardan azad etdik.
İşğal altında qalan hissə keçən il antiterror əməliyyatı nəticəsində işğalçılardan azad edildi və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi.
Tam oxu
Xəbəri oxu