Icma.az
close
up
RU
Bu müraciət Vətənə sevginin işığıdır

Bu müraciət Vətənə sevginin işığıdır

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.

 
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın hər yerində böyük coşqu ilə keçirilir. Hər il bu bayram günündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciət edir, hər bir azərbaycanlının bayramını təbrik edir. Bu təbrik də dövlətin vətəndaşlarına münasibəti kimi tarixləşir.
Dövlət başçısı xalqa bu il də müraciət etdi. Bu ilki müraciət ərazilərimizin işğaldan azad edilməsi ilinin müraciəti oldu. Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edildiyi ilin müraciəti kimi tarixləşdi. Dövlət başçımız bu müraciətdə Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğu ilin sevincini hamı ilə bölüşdü, 2025-ci ili suverenliymizin bərpası baxımından əlamətdar il adlandırdı. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən, Ermənistan silahlı qüvvələrinin istifadəsində olan hərbi infrastrukturun zərərsizləşdirilməsindən, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərindən, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Ordusunun ötən ilin sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror əməliyyatı aparmasından, Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşunun tam bərpa edilməsindən söz açdı, dedi ki, “Birinci mərhələdə Qarabağın və Şərqi Zəngəzurun böyük hissəsini 2020-ci ildə Vətən müharibəsində işğalçılardan azad etdik. İşğal altında qalan hissə keçən il antiterror əməliyyatı nəticəsində işğalçılardan azad edildi və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi. Biz bu il Qazax rayonunun dörd kəndini geri aldıq, bir güllə atılmadan, siyasi yollarla. Amma o da həqiqətdir ki, əgər son dörd ilin Azərbaycan-Ermənistan münasibətlərində baş vermiş hadisələr baş verməsəydi, əlbəttə, Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı. Onlar məcburiyyət qarşısında bunu etdilər, bizim siyasi, hərbi gücümüzü dərk edərək buna getdilər və mən ümid edirəm ki, bundan sonra da Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq”. 
Dünya Azərbaycanlıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Ermənistanın kütləvi surətdə silahlanmasını nəzərə alaraq, biz gələn il hərbi büdcəmizi əhəmiyyətli dərəcədə artırmışıq. Bu, rekord həddə çatıb – 8,4 milyard manat səviyyəsinə qalxıb” fikirlərini Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığının qarantı bilir. Gələn il Qarabağa və Şərqi Zəıngəzura 4 milyard manat ayırılacağı da eyni ovqat yaratdı...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa bu müraciəti Azərbaycanın sabahlarına inamın, ehtiramın, sevginin müraciətidir. Hər bir azərbaycanlı bu müraciətin mahiyyətini özünə Vətən sevgisinin işığı bilir...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 Yanvar 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see688

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see398

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see243

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see221

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see198

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see195

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see193

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see192

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see189

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see186

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see186

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see183

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see181

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see177

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see176

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see176

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see175

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see174

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see160

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri