Icma.az, Modern.az portalına istinadən məlumat verir. Azərbaycanda bu il 6-7 iyun tarixlərində Qurban bayramı qeyd ediləcək.
Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl qeyri-iş günü olacaq. Bu barədə Nazirlər Kabineti qərar verib.
İslam dininə görə, Qurban bayramı Ramazan bayramından sonra ikinci ən önəmli bayramdır.
Bayramda imkanlı şəxslər Allah rizası üçün qoç, öküz, eləcə də dəvə qurban kəsirlər.
"Kəsilən qurbanlar sidq ürəkdən və yalnız Allahın yolunda olmalıdır" Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin(QMİ) ilahiyyatçısı Samid Quliyev bildirib ki, kəsilən qurbanlar sidq ürəkdən və yalnız Allahın yolunda olmalıdır: Qurban bayramı İslam dininin vacib və savab əməllərə vəsilə olan ibadətlərindən biridir.
Bu bayramda imkanı olan şəxslər təmiz və düzgün niyyət edərək Allah yolunda qurbanlıq heyvan kəsir və onu imkansız ailələrə, tək yaşayan şəxslərə, ehtiyacı olan insanlara paylayırlar.
Kəsilən qurbanlar sidq ürəkdən və yalnız Allahın yolunda olmalıdır. Qurban bayramı dünyada yaşayan bütün müsəlmanlar qeyd edirlər.
Bu bayram İslam dininin ən müqəddəs bayramlarından biri sayılır.