Icma.az
close
up
RU
Bu niyyətlərlə qurban kəsməyin! İlahiyyatçı AÇIQLADI

Bu niyyətlərlə qurban kəsməyin! İlahiyyatçı AÇIQLADI

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Azərbaycanda bu il 6-7 iyun tarixlərində Qurban bayramı qeyd ediləcək. Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl qeyri-iş günü olacaq. Bu barədə Nazirlər Kabineti qərar verib. İslam dininə görə, Qurban bayramı Ramazan bayramından sonra ikinci ən önəmli bayramdır. Bayramda imkanlı şəxslər Allah rizası üçün qoç, öküz, eləcə də dəvə qurban kəsirlər.

"Kəsilən qurbanlar sidq ürəkdən və yalnız Allahın yolunda olmalıdır"

Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin(QMİ) ilahiyyatçısı Samid Quliyev bildirib ki, kəsilən qurbanlar sidq ürəkdən və yalnız Allahın yolunda olmalıdır:

Qurban bayramı İslam dininin vacib və savab əməllərə vəsilə olan ibadətlərindən biridir. Bu bayramda imkanı olan şəxslər təmiz və düzgün niyyət edərək Allah yolunda qurbanlıq heyvan kəsir və onu imkansız ailələrə, tək yaşayan şəxslərə, ehtiyacı olan insanlara paylayırlar. Kəsilən qurbanlar sidq ürəkdən və yalnız Allahın yolunda olmalıdır.  Qurban bayramı dünyada yaşayan bütün müsəlmanlar qeyd edirlər. Bu bayram İslam dininin ən müqəddəs bayramlarından biri sayılır. Müqəddəs bayramda Həzrəti İbrahimin Allah-Təalaya olan itaəti və sarsılmaz imanı rəmz olaraq götürülür". 

İlahiyyatçı qeyd edib ki, Qurbanda milyonlarla insan ibadətə yönəlir, imkansızlara yardım əli uzadır və birlik, həmrəylik göstərirlər:

"Ölkəmizdə də bayram münasibətilə məscidlərdə bayram namazı qılınır, dualar edilir, qurbanlar kəsilir və ətləri ehtiyacı olan ailələrə paylanılır".

Qurban özünü kiməsə göstərmək məqsədi ilə keçirilməməlidir

Samid Quliyevin fikirlərinə əsasən, Qurban özünü kiməsə göstərmək, tərif eşitmək üçün, adət-ənənə xatirinə (hamı kəsir deyə mən də kəsim) kəsilməsə ayıb olar düşüncəsi ilə, batil inanclara görə, ətini satıb yüksək qazanc əldə etmək məqsədi ilə keçirilməməlidir:

"Bu bayramın əsas mənası Allaha yaxınlaşmaq və düzgün ibadəti icra etməkdir. Kəsilən qurbanlarda Allah rizası, səmimiyyət və ixlasın olması niyyətin düzgünlüyünü sübut edir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 May 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see180

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see175

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see165

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see150

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see145

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri