Bu ölkə təyyarələri Rusiyadan deyil, Azərbaycan üzərindən uçacaq

28.01.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Uzbekistan Airways” aviaşirkəti Avropaya uçuşlarında Rusiya ərazisi üzərindən keçidlərdən imtina edib.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə şirkətin idarə heyətinin sədri Şuxrat Xudaykulov bildirib.

Qərar Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) Rusiyanın Avropa hissəsi üzərindən uçuşları təhlükəli kimi qiymətləndirən hesabatına əsasən qəbul edilib. Yeni uçuş marşrutları Azərbaycan və Türkiyə üzərindən təşkil olunub.

Şirkət rəhbərinin sözlərinə görə, marşrutların dəyişdirilməsi uçuş müddətini 30-40 dəqiqə uzatsa və əlavə xərc yaratsa da, bu vəziyyət fors-major hesab edilir:

"Buna görə də sərnişinlər üçün tariflər artırılmayacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью