Bu ölkə təyyarələri Rusiyadan deyil, Azərbaycan üzərindən uçacaq
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Uzbekistan Airways” aviaşirkəti Avropaya uçuşlarında Rusiya ərazisi üzərindən keçidlərdən imtina edib.
Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə şirkətin idarə heyətinin sədri Şuxrat Xudaykulov bildirib.
Qərar Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) Rusiyanın Avropa hissəsi üzərindən uçuşları təhlükəli kimi qiymətləndirən hesabatına əsasən qəbul edilib. Yeni uçuş marşrutları Azərbaycan və Türkiyə üzərindən təşkil olunub.
Şirkət rəhbərinin sözlərinə görə, marşrutların dəyişdirilməsi uçuş müddətini 30-40 dəqiqə uzatsa və əlavə xərc yaratsa da, bu vəziyyət fors-major hesab edilir:
"Buna görə də sərnişinlər üçün tariflər artırılmayacaq".
Bu mövzuda digər xəbərlər:Özbəkistan təyyarələri Avropaya Azərbaycan üzərindən uçacaq Rusiyadan imtina etdilər
28 Yanvar 2025 16:30
Fitso da Azərbaycan üzərindən Moskvaya uçacaq?
07 May 2025 22:17
Ermənistan təyyarələri Azərbaycan üzərindən uçur?
03 Avqust 2025 14:23
Rusiyadan daha bir yük Azərbaycan üzərindən Ermənistana göndəriləcək
06 İyul 2026 15:54
Rusiyadan Azərbaycan üzərindən Ermənistana göndəriləcək yeni yüklərlə bağlı AÇIQLAMA
24 Dekabr 2025 16:13
Baxış sayı:190
Bu xəbər 28 Yanvar 2025 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















