Bu ölkədə də qadınlar orduya cəlb edildi KONKRET

05.06.2026

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yunanıstanda qadınlar könüllü olaraq hərbi xidmətə başlayıblar.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Yunanıstan dövlət televiziyası “ERT” məlumat yayıb.

“Bu il başlayan və qadınların könüllü olaraq hərbi xidmətə getməsinə imkan verən proqramın bir hissəsi olaraq, 72 qadın bu gün Yunanıstan Quru Qoşunlarında xidmətə başlayıb.

Ölkədə qadınlar üçün tətbiq edilən yeni könüllü hərbi xidmət proqramının iştirakçılarına bir sıra üstünlüklər təqdim olunacaq. Onlar dövlət qulluqçularının seçim imtahanında əlavə ballar qazanacaq, hərbi xidmət müddətləri isə ilkin xidmət dövrü kimi tanınacaq.

Bundan əlavə, universitet məzunları orduda tibb bacısı və ya inzibati vəzifələrə təyin oluna biləcək, həmçinin silahlı qüvvələrin təqdim etdiyi sosial müavinətlərdən yararlanmaq imkanı əldə edəcəklər”, – deyə bildirilib.

Könüllü əsgərlərin andiçmə mərasimi iyunun 26-da keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью