Bu ölkədə də qadınlar orduya cəlb edildi KONKRET
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yunanıstanda qadınlar könüllü olaraq hərbi xidmətə başlayıblar.
KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Yunanıstan dövlət televiziyası “ERT” məlumat yayıb.
“Bu il başlayan və qadınların könüllü olaraq hərbi xidmətə getməsinə imkan verən proqramın bir hissəsi olaraq, 72 qadın bu gün Yunanıstan Quru Qoşunlarında xidmətə başlayıb.
Ölkədə qadınlar üçün tətbiq edilən yeni könüllü hərbi xidmət proqramının iştirakçılarına bir sıra üstünlüklər təqdim olunacaq. Onlar dövlət qulluqçularının seçim imtahanında əlavə ballar qazanacaq, hərbi xidmət müddətləri isə ilkin xidmət dövrü kimi tanınacaq.
Bundan əlavə, universitet məzunları orduda tibb bacısı və ya inzibati vəzifələrə təyin oluna biləcək, həmçinin silahlı qüvvələrin təqdim etdiyi sosial müavinətlərdən yararlanmaq imkanı əldə edəcəklər”, – deyə bildirilib.
Könüllü əsgərlərin andiçmə mərasimi iyunun 26-da keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 05 İyun 2026 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















