Bu ölkədə hicab məcburi olacaq?

04.11.2024

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çeçenistan Müsəlmanları Ruhani İdarəsi respublika ərazisində hicabın məcburi taxılması ilə bağlı sərəncamın olması barədə məlumatları təkzib edib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə adıçəkilən idarənin “Telegram” kanalında əhaliyə müraciət edilib.

“Sosial şəbəkələrdə yalan məlumatlar yayılır, guya Çeçenistan Respublikasında hicabın məcburi geyinilməsi haqqında sərəncam var. Bu məlumat həqiqətəuyğun deyil.  İctimaiyyətdən ciddi şəkildə xahiş edirik ki, yalan məlumatlar yaymasın, həmçinin etibarsız mənbələrdən gələn xəbərlərə etibar etməsin” - İdarə qeyd edib.

Eyni zamanda, müraciətdə yalan danışmağın böyük günah olduğu da bildirilib. Ona görə də sosial şəbəkələrdə yayılan məlumatları ciddi dərk etməyin vacibliyi qeyd olunub.

Bundan əvvəl Vladimir vilayətinin hakimiyyət orqanları bölgədəki məktəblərdə hicab taxmağa qadağa qoyub.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью