Bu ölkədə hicab məcburi olacaq?
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Çeçenistan Müsəlmanları Ruhani İdarəsi respublika ərazisində hicabın məcburi taxılması ilə bağlı sərəncamın olması barədə məlumatları təkzib edib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə adıçəkilən idarənin “Telegram” kanalında əhaliyə müraciət edilib.
“Sosial şəbəkələrdə yalan məlumatlar yayılır, guya Çeçenistan Respublikasında hicabın məcburi geyinilməsi haqqında sərəncam var. Bu məlumat həqiqətəuyğun deyil. İctimaiyyətdən ciddi şəkildə xahiş edirik ki, yalan məlumatlar yaymasın, həmçinin etibarsız mənbələrdən gələn xəbərlərə etibar etməsin” - İdarə qeyd edib.
Eyni zamanda, müraciətdə yalan danışmağın böyük günah olduğu da bildirilib. Ona görə də sosial şəbəkələrdə yayılan məlumatları ciddi dərk etməyin vacibliyi qeyd olunub.
Bundan əvvəl Vladimir vilayətinin hakimiyyət orqanları bölgədəki məktəblərdə hicab taxmağa qadağa qoyub.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 04 Noyabr 2024 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















