Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ötən gün Cənubi Koreyada 50 ildən artıq müddətdə ilk dəfə hərbi vəziyyət elan edilib. Bu barədə ölkə prezidenti Yun Sok Yol qərar verib.
Yerli vaxtla saat 23:00-da milli televiziyada hərbi vəziyyət elan edilib və buna səbəb kimi təhlükəsizlik problemləri və Şimali Koreya təhlükəsi göstərilib.
Lakin tezliklə prezidentin qərarının pərdəarxası məqamları açıqlanıb.
Modern.az-ın məlumatına görə, siyasi şərhçilər və yerli siyasətçilər prezidentin özünə qarşı siyasi hücumların qarşısını almaq üçün hərbi vəziyyət elan etdiyini bildiriblər.
Hərbi vəziyyət parlament qarşısında nümayişlərə səbəb olub və bir neçə saat ərzində deputatlar qərarın qanunsuz olduğunu bildirərək qərarına əleyhinə səs veriblər.
Yun Sok Yol müxalifətin hücumlarına toxunub və “xaos yaradan dövlət əleyhinə qüvvələri əzmək üçün” hərbi vəziyyət elan etdiyini bildirib.
Prezidentin qərarı ilə Cənubi Koreya Ordusuna müvəqqəti səlahiyyət verilib.