Icma.az
close
up
RU
Bu ölkədə nə baş verir? Koreya Prezidenti həbs oluna BİLƏR

Bu ölkədə nə baş verir? Koreya Prezidenti həbs oluna BİLƏR

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən gün Cənubi Koreyada 50 ildən artıq müddətdə ilk dəfə hərbi vəziyyət elan edilib. Bu barədə ölkə prezidenti Yun Sok Yol qərar verib. Yerli vaxtla saat 23:00-da milli televiziyada hərbi vəziyyət elan edilib və buna səbəb kimi təhlükəsizlik problemləri və Şimali Koreya təhlükəsi göstərilib. Lakin tezliklə prezidentin qərarının pərdəarxası məqamları açıqlanıb.

Modern.az-ın məlumatına görə, siyasi şərhçilər və yerli siyasətçilər prezidentin özünə qarşı siyasi hücumların qarşısını almaq üçün hərbi vəziyyət elan etdiyini bildiriblər.

Hərbi vəziyyət parlament qarşısında nümayişlərə səbəb olub və bir neçə saat ərzində deputatlar qərarın qanunsuz olduğunu bildirərək qərarına əleyhinə səs veriblər.

Yun Sok Yol müxalifətin hücumlarına toxunub və “xaos yaradan dövlət əleyhinə qüvvələri əzmək üçün” hərbi vəziyyət elan etdiyini bildirib. Prezidentin qərarı ilə Cənubi Koreya Ordusuna müvəqqəti səlahiyyət verilib. Daha sonra parlamentə polis və əsgərlər göndərilib, parlament binasının damına helikopterlər endirilib.

Hərbçilər həmçinin bəyanat yayıblar ki, parlament və siyasi qurumlarda bütün görüşlər qadağan edilib. Medianın da ordunun nəzarətinə keçəcəyi gözlənilirdi.

Lakin Cənubi Koreya müxalifəti dərhal ölkə prezidentinin hərbi vəziyyət elan etməsini qanunsuz və konstitusiyaya zidd elan edib. Yun Sok Yolun öz partiyası olan mühafizəkar Xalq Gücü Partiyasının lideri də hərbi vəziyyəti “yanlış addım” kimi qiymətləndirib.

Müxalifət lideri Li Cae-myunq rəhbərlik etdiyi Demokrat Partiyasından olan deputatları parlamentə toplaşaraq qərarın əleyhinə səs verməyə çağırıb. Deputatlar parlamentdə əsgərlərin qarşısını almaq üçün barrikada qurublar.  Li Cae-myunq, həmçinin ictimaiyyəti parlament binası qarşısında aksiya keçirməyə çağırıb.

"Tanklar, zirehli transportyorlar, əlində silah və bıçaq olan əsgərlər ölkəni idarə edəcək. Əziz vətəndaşlarım, xahiş edirəm parlamentə gəlin", - Li deyib.

Yüzlərlə insan bu çağırışa səs verib, sıx təhlükəsizlik tədbirlərinin görüldüyü binanın qarşısına toplaşıb. Etirazçılar “Hərbi vəziyyətə yox!” şüarları səsləndiriblər. Fəallarla polis arasında gərginlik yaşansa da, mübahisələr ciddi qarşıdurmaya çevrilməyib.

Deputatlar barrikadaları aşaraq parlamentin zalına daxil ola biliblər. Yerli vaxtla gecə saat 01:00-da binaya toplaşan 300 deputatdan 190-ı hərbi vəziyyət qərarının əleyhinə səs verib və prezident Yunun qərarı etibarsız elan edilib.

Qeyd edək ki, Cənubi Koreyada hərbi vəziyyət sonuncu dəfə 1979-cu ildə, ölkəni uzun müddət idarə edən hərbi diktator Park Çunq-xi dövlət çevrilişində öldürülməsi zamanı elan edilib. Ölkə 1987-ci ildə parlament idarəetməsinə keçdikdən sonra heç bir hərbi vəziyyət qərarı qəbul edilməyib.

Şimali Koreyaya qarşı sələflərinə nisbətən nəzərəçarpacaq dərəcədə sərt mövqe tutan Yun siyasi müxalifətin Şimali Koreyaya rəğbət bəsləyənlər iddia edib.

Yun 2022-ci ilin mayında vəzifəyə seçildi, lakin bu ilin aprel ayında müxalifətin ümumi seçkilərdə böyük qələbə qazanmasından sonra hakimiyyətinin çox hissəsini itirib. O vaxtdan bəri onun hökuməti istədiyi qanunları qəbul edə bilməyib və yalnız müxalifətin qəbul etdiyi qanunlara veto qoyub.

Adı bəzi korrupsiya qalmaqallarında hallanan ölkə prezidentinə ictimai dəstək də azalıb. Korrupsiya qalmaqallarından birində Yunun həyat yoldaşı hədiyyə olaraq “Dior” markalı çanta qəbul edib, digərində isə birjada manipulyasiya etdiyi bildirilir.

Yun müxalifət partiyalarının tələbi ilə araşdırmalardan imtina edib. Daha sonra müxalifət hökumətin büdcəsini azaldacaq qanun layihəsini irəli sürüb. Prezident Cənubi Koreyada büdcə qanunlarına veto qoyula bilməz. Müxalifət,, həmçinin kabinet üzvlərini və bəzi yüksək rütbəli prokurorları vəzifədən azad etmək üçün hərəkətə keçib. Onların arasında prezident və ailəsi bağlı araşdırma aparmayan hökumətin nəzarət qurumunun rəhbəri də olub.

Cənubi Koreya qanunlarına görə, parlamentin əksəriyyəti hərbi vəziyyətin ləğvinə səs verərsə, hökumət buna əməl etməlidir. Eyni qanun hərbi vəziyyətlə parlament üzvlərini həbs etməyi də qadağan edir.  Hazırda nə olacağı bəlli deyil. Parlamentin qarşısına toplaşan bəzi fəallar “Yun Suk Yeol həbs edilməlidir” kimi şüarlar da səsləndiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Dekabr 2024 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see264

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see176

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see174

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see170

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see170

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see169

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see168

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see166

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see165

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see165

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see164

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see164

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see164

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see162

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see162

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see161

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see159

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see157

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri