Bu ölkənin hava limanına hücum: Pilot HƏLAK OLDU

09.10.2026

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səudiyyə Ərəbistanının milli aviadaşıyıcısı “Saudia” şirkətinin kapitanı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına endirilən zərbə nəticəsində həlak olub.
Avtosfer.az xəbər verir ki, “Əl-Ekhbariya” telekanalı bu barədə aviaşirkətin rəsmi açıqlamasına istinadən məlumat yayıb.
Şirkətin bəyanatında bildirilib ki, hadisə əməkdaşlardan birinin ölümü ilə nəticələnib. Aviaşirkət kapitan Hamud Əl-Kaltaminin ailəsinə və yaxınlarına başsağlığı verib.
“Saudia” həmçinin oktyabrın 8-də baş verən hücum zamanı dayanacaqda olan təyyarələrindən birinin zədələndiyini təsdiqləyib. Həmin vaxt təyyarədə sərnişin olmayıb.
Şirkətin məlumatına görə, hava limanının normal fəaliyyəti oktyabrın 8-də yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 19:00) bərpa edilib.
“Reuters”in məlumatlı mənbələrə istinadən yaydığı məlumata görə, təyyarə ciddi zədələnib və terminalın yaxınlığında mərmi və ya qəlpə zərbəsinə məruz qaldıqdan sonra yanıb.
Qeyd edək ki, oktyabrın 8-də Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (husilər) hərəkatının hərbi sözçüsü Yəhya Səriya Səudiyyə Ərəbistanının paytaxtındakı hava limanına iki raket zərbəsi endirildiyini açıqlayıb.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью