Bu ölkənin hava limanına hücum: Pilot HƏLAK OLDU
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Səudiyyə Ərəbistanının milli aviadaşıyıcısı “Saudia” şirkətinin kapitanı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına endirilən zərbə nəticəsində həlak olub.
Avtosfer.az xəbər verir ki, “Əl-Ekhbariya” telekanalı bu barədə aviaşirkətin rəsmi açıqlamasına istinadən məlumat yayıb.
Şirkətin bəyanatında bildirilib ki, hadisə əməkdaşlardan birinin ölümü ilə nəticələnib. Aviaşirkət kapitan Hamud Əl-Kaltaminin ailəsinə və yaxınlarına başsağlığı verib.
“Saudia” həmçinin oktyabrın 8-də baş verən hücum zamanı dayanacaqda olan təyyarələrindən birinin zədələndiyini təsdiqləyib. Həmin vaxt təyyarədə sərnişin olmayıb.
Şirkətin məlumatına görə, hava limanının normal fəaliyyəti oktyabrın 8-də yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 19:00) bərpa edilib.
“Reuters”in məlumatlı mənbələrə istinadən yaydığı məlumata görə, təyyarə ciddi zədələnib və terminalın yaxınlığında mərmi və ya qəlpə zərbəsinə məruz qaldıqdan sonra yanıb.
Qeyd edək ki, oktyabrın 8-də Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (husilər) hərəkatının hərbi sözçüsü Yəhya Səriya Səudiyyə Ərəbistanının paytaxtındakı hava limanına iki raket zərbəsi endirildiyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 09 Oktyabr 2026 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















