Bu ölkənin qazı kəsildi: Türkiyənin qapısını döydü | Icma.az
Icma.az bildirir, Publika.az portalına istinadən. Rusiyanın Aİ ölkələrinə təbii qazı kəsməsindən sonra bir çox dövlətlər problem yaşayıb.
Bu ölkələrdən biri kömək üçün Türkiyənin qapısını döyüb. Publika.az xəbər verir ki, prezident Ərdoğan ilə Slovakiyanın Baş naziri Fitso aras
Xarici media Slovakiyanın təbii qaz üçün Türkiyədən kömək istədiyini və iki ölkənin planı müzakirə etdiyini yazıb.
Ukrayna mətbuatı prezident Rəcəb Tayyib Ərdoğanla Slovakiyanın Baş naziri Robert Fitso arasındalı görüşü gündəmə gətirib.
Bildirilir ki, Slovakiyanın Baş naziri Rusiya qazının Bolqarıstan, Rumıniya və Macarıstandan keçən “Türk axını” boru xətti ilə Slovakiyaya çatdırılmasının alternativ həll yolu ola biləcəyini deyib.
Həmçinin vurğulanır ki, Fitso Slovakiyanın iqtisadiyyat naziri Denis Sakovanın gələn həftə Türkiyəyə gələcəyini və qaz təchizatı məsələlərini müzakirə edəcəyini açıqlayıb.
Qeyd edək ki, Rusiyanın “Qazprom” şirkəti ilə Ukraynanın “Naftoqaz” şirkəti arasında qaz tranziti müqaviləsinin müddəti yanvarın 1-də başa çatıb.
Aysel Şahmar Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu