Bu ölkənin qazı kəsildi: Türkiyənin qapısını döydü
Icma.az bildirir, Publika.az portalına istinadən.
Rusiyanın Aİ ölkələrinə təbii qazı kəsməsindən sonra bir çox dövlətlər problem yaşayıb. Bu ölkələrdən biri kömək üçün Türkiyənin qapısını döyüb.
Publika.az xəbər verir ki, prezident Ərdoğan ilə Slovakiyanın Baş naziri Fitso arasında təbii qazla bağlı görüş xarici mətbuatın gündəminə çevrilib. Xarici media Slovakiyanın təbii qaz üçün Türkiyədən kömək istədiyini və iki ölkənin planı müzakirə etdiyini yazıb.
Ukrayna mətbuatı prezident Rəcəb Tayyib Ərdoğanla Slovakiyanın Baş naziri Robert Fitso arasındalı görüşü gündəmə gətirib.
Bildirilir ki, Slovakiyanın Baş naziri Rusiya qazının Bolqarıstan, Rumıniya və Macarıstandan keçən “Türk axını” boru xətti ilə Slovakiyaya çatdırılmasının alternativ həll yolu ola biləcəyini deyib. Həmçinin vurğulanır ki, Fitso Slovakiyanın iqtisadiyyat naziri Denis Sakovanın gələn həftə Türkiyəyə gələcəyini və qaz təchizatı məsələlərini müzakirə edəcəyini açıqlayıb.
Qeyd edək ki, Rusiyanın “Qazprom” şirkəti ilə Ukraynanın “Naftoqaz” şirkəti arasında qaz tranziti müqaviləsinin müddəti yanvarın 1-də başa çatıb.
Aysel Şahmar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 22 Yanvar 2025 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















