525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. “Qəbul və sonrakı işlə təmin olunma arasında birbaşa əlaqə var.
Bu məzunlar əvvəlcə qəbul zamanı təhsillərində zəif nəticələr göstərdilər, ona görə də zəif universitetləri seçdilər və bu universitetlər də öz növbəsində onlara keyfiyyətli təhsil vermədi, çünki onlar tələbələrin əmək bazarının tələblərinə cavab verən bacarıqlarını inkişaf etdirə bilmədilər.
Bu, onların işsiz qalmasının ikinci səbəbidir". Bu fikri 525.az-a təhsil eksperti Qoşqar Məhərrəmov söyləyib.
Onun dediyinə görə abituriyentlər və tələbələr yalnız universitetdə əldə etdikləri biliklərlə kifayətlənməməlidirlər.
O hesab edir ki, onlar daim özlərini təkmilləşdirməli, yeni ixtisas və bacarıqlar qazanmalıdırlar, çünki bu gün aktual olan bilik və bacarıqlar sabah köhnələ bilər: "Bir çox gənc hələ də ömürlük təhsilə ehtiyac olduğunu dərk etməyib.
Əks təqdirdə, bu dəyişən dövrdə və dəyişən əmək bazarında onlar iş tapa bilməyəcəklər. Bu, artıq müasir dövrün reallığıdır".
Sevinc Qarayeva Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.