Bu, onların işsiz qalmasının ikinci səbəbidir Təhsil eksperti
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Qəbul və sonrakı işlə təmin olunma arasında birbaşa əlaqə var. Bu məzunlar əvvəlcə qəbul zamanı təhsillərində zəif nəticələr göstərdilər, ona görə də zəif universitetləri seçdilər və bu universitetlər də öz növbəsində onlara keyfiyyətli təhsil vermədi, çünki onlar tələbələrin əmək bazarının tələblərinə cavab verən bacarıqlarını inkişaf etdirə bilmədilər. Bu, onların işsiz qalmasının ikinci səbəbidir".
Bu fikri 525.az-a təhsil eksperti Qoşqar Məhərrəmov söyləyib. Onun dediyinə görə abituriyentlər və tələbələr yalnız universitetdə əldə etdikləri biliklərlə kifayətlənməməlidirlər. O hesab edir ki, onlar daim özlərini təkmilləşdirməli, yeni ixtisas və bacarıqlar qazanmalıdırlar, çünki bu gün aktual olan bilik və bacarıqlar sabah köhnələ bilər:
"Bir çox gənc hələ də ömürlük təhsilə ehtiyac olduğunu dərk etməyib. Əks təqdirdə, bu dəyişən dövrdə və dəyişən əmək bazarında onlar iş tapa bilməyəcəklər. Bu, artıq müasir dövrün reallığıdır".
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 21 Yanvar 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















