Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
31-ci turun mərkəzi oyununda “Qarabağ” “Neftçi”ni darmadağın etdi.
“Ağ-qaralar” bu mövsüm əzəli rəqibə qarşı keçirdiyi 4-cü oyunda da nəinki qələbə qazana, heç qol da vura bilmədi.
Bəs bu darmadağının səbəbi nədi? Günahkar kimdi? Bu sualları mütəxəssislərə ünvanladıq.
Adil Şükürov: “Bu komandalar arasında oyunlar artıq, sadəcə, ad olaraq derbidi.
Yoxsa son dörd ildə “Neftçi”nin “Qarabağ” üzərində qələbəsi yoxdu. Bu mövsümdə “Qarabağ”a bir qol belə vura bilmədilər.
Son oyuna baxanda da gördük ki, “Neftçi” bütün komponentlərdə uduzdu. İlk hissədə “Qarabağ” rəqibə hücum etmək imkanı verdi.
Sonra da bu hücumlar zamanı müdafiədə boşluqlar verən “Neftçi”ni cəzalandırdı. İlk hissədə vurulan üç qol bunun nümunəsidi.